Dırnaq boyası çəkməyin incəlikləri

Dırnaq boyası çəkməyin incəlikləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 23
Dırnaq boyası çəkmək şəxsən mənim ən yaralı yerimdir. Hətta bu bacarıqsızlığıma görə 1 ildir ki, rəngsiz dırnaq boyasından istifadə edirəm. Nəhayət, dərdimin dərmanını tapdım. Bu gün sizlərə çox gözəl boya çəkməyin qaydasını göstərəcəyəm.



Əllərimizi əvvəlcə manikur edib isti suda 10 dəqiqə gözlədirik. Daha sonra nəmləndirici sabunla yuyub, yaxşıca qurulayırıq.



Dırnaqlarımız parlasın deyə 1-ci qat rəngi görünməz boyadan istifadə edirik.



Daha sonra üzərinə seçdiyimiz rəngi çəkirik. Əvvəlcə tam ortadan başlayıb daha sonra dırnağın soluna çəkirik. Daha sonra sağına çəkib bitiririk.



2 dəqiqə sonra sonuncu - 3-cü qat çəkilir. Dırnaqlarınızın kənarlarına bulaşmasın deyə 1-ci qat boyanı dırnaqlarınızın kənarına da çəkin. Daha sonra üzərinə boya yapışsa belə siz onu asitonla silərək həll edirsiz.



Dırnaqlarınıza boyanı çəkdikdən sonra buzla dolu bir qaba əllərinizi salıb, qurudun. Bu dırnaqların daha uzun müddətli parlamağına kömək edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!