Dırnaqlara qulluq necə etməliyik?

Dırnaqlara qulluq necə etməliyik?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 23
Egər dırnaqlarınız tez-tez qırılırsa və ya soyulursa dırnaqlarınızı möhkəmləndirmək üçün bu vannalardan və maskalardan istifadə edə bilərsiniz. Əmin ola bilərsiniz bunlar sizə çox kömək edəcək.

Dırnağınızın dibindəki dəriləri əsla kəsməyin Kəsilən yer bakteriya və göbələklər infeksiyasına gətirib çıxara bilər.



1 çay qaşığı dəniz duzunu 1 stəkan suya qatın və üzərinə bir neçə damcı zeytun yağı əlavə edin. Dırnaqlarınızı bu qarışıqda gündə 2 dəfə, hər dəfə 20 dəqiqə olmaqla saxlayın.



Digər vanna - 1 çay qaşığı xörək duzunu ilıq suda qarışdırın, az miqdarda limon şirəsi əlavə edin. Həmçinin dırnaqlarınızı limon və badam yağı ilə ova bilərsiniz. Ayaq dırnaqlarnız üçün də bu məhluldan istifadə edə bilərsiniz.



Yarım stəkan bitki yağı 5 damcı A vitamini və 3 damcı yodu qarışdırın. Dırnaqlarımızı 20 dəqidə həmin məhlulda saxlayın. Proseduru iki həftə hər gün təkrar etmək lazımdır. Qarışığı soyuducuda iki həftə saxlamaq olar.



Dırnaqlarınız üçün qidalandırıcı maska. 3 ç/q-ı qidalandırıcı krem, vitamin A və D-nin 1/3-ni, vitamin E-nin 1/2 hissəsini yaxşı-yaxşı qarışdırın. Alınmış məhlulu dırnaqlarınıza çəkin. Maskanı laksız dırnaqlara istifade etmək olar. Prosedura 3 həftə ərzində hər gün edilməlidirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!