Pedikürçünüz artıq bir balıqdır!

Pedikürçünüz artıq bir balıqdır!
Makiyaj, Manikür, Pedikür
10.09.2017 12
Tərtəmiz təbii bir gözəllik Garra Rufa balığı ilə həyat tapır! Latıncası Garra Rufa olan balığın adına həkim balığı da deyilir. Bir çox möcüzəvi baxımı özü ilə gətirən bu balıq gözəllik salonunda yeni bir müalicə həyata keçirir.



Bu kiçik balıq, bədənin fərqli yerlərindəki ölü dəri hüceyrələrini yeyərək yeni dərinin ortaya çıxmasına səbəb olur.



Garra Ruffa təbii bir baxım üçün imtina edilməz bir variantdır. Hətta bu balıq sədəf xəstəliyi və egzema kimi dərinin qurumasına və qabıqlanmasına səbəb olan insanlar üçün də çox faydalı bir müalicə növüdür.



İnfeksiya baxımından da heç bir problem təşkil etmir. Bu da çatmırmış kimi, bir də pedikür edir.Onlar insan kimi yarım saatda pedikürünüzü bitirir.



 Ayağınızı bir ləyən, ya da gözəllik salonunda xüsusi olaraq hazırlanmış bir şüşə hovuzun içinə soxursunuz. Ayaqlarınızın ətrafını qucaqlayan Garra Rufa pedikürünüzü təbii bir üsulla bitirir.

 

Bu üsul sizdə maraq oyadıb,təbii pedikür üsulunu sınamaq hissini gətirirsə, diqqət yetirməniz lazım olan bir neçə xüsus var!



1. Mühitin təmizliyi



2. Suyun dəyişmə sıxlığı



3. Balıqların dəyişməsi



Bu tamamilə fərqli və möcüzəvi pedikür üsulunu sınayaraq özünüzə yaşadacağınız təbii baxımın təsirini günlərlə ayaqlarınızda hiss edə bilərsiniz.



Hamar ayaqlara və qıçlara sahib olmaq hər qadının arzu etdiyi bir şeydir əlbəttə.Garra Rufa bu arzunu geri çevirməyərək qadının gözəlliyi və baxımı üçün ayaqlarınızı hamar və zamanla qüsursuz hala gətirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!