Sadə üsulla güllü manikür - Video

Sadə üsulla güllü manikür - Video
Makiyaj, Manikür, Pedikür
10.09.2017 40
Vaxtınız azdır, amma gedəcəyiniz ziyafətdə dırnaqlarınızın gözəl görünməsini istəyirsiniz. Onda ev şəraitində bu manikürü sadə üsulla edə bilərsiniz. Gəlin, bu manikür qaydasını nəzərdən keçirək:



İlk öncə dırnağınıza rəngsiz dırnaq boyası vurun.



Boyanın qurumasını gözləyin. Daha sonra dırnağınızı açıq- çəhrayı dırnaq boyası ilə boyayın.



İndi isə növbə ağ, qara gülləri yaratmağa gəldi. Bunun üçün bizə ağ və qara dırnaq boyası lazımdır. Dırnağınızın bir küncündən dairəvi olmaq şərti ilə beş, kiçik, qara nöqtə qoyun. Bu nöqtələrin yuxarısından dairəvi şəkildə 5 ağ nöqtə qoyun. Daha sonra eyni qaydada, amma digərlərindən daha kiçik qara dairəvi 5 nöqtə qoyun.



Hər dairədəki nöqtələri bir-bir kənardan mərkəzə doğru diş çöpünün köməyi ilə çəkin. Beləcə nöqtələr gül şəklini alacaq.



Növbəti mərhələdə qara güllərin ortasına diş çöpü vasitəsilə ağ, ağ gülün ortasına isə qara nöqtə qoyun, qurumasını gözləyin.



Son mərhələdə üzərinə rəngsz boya vurun.



Buyurun videonu izləyin, sizin də dırnaqlarınız güllərə boyansın



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!