Mövsüm dəbdə olan pomada rəngləri

Mövsüm dəbdə olan  pomada rəngləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 53
Makiyaj etdikdə mövsümün dəb tendensiyalarına uyğun olmasına fikir vermək lazımdır. Yeni mövsüm özü ilə birlikdə bir çox maraqlı ideyalar  və orijinal rənglər gətirib. Onların sayəsində hər bir qadın cəlbedici və təkrarolunmaz  görünəcək.



Qırmızı dodaqlar

Qırmızı pomada ilə boyanmış parlaq dodaqlar yeni mövsümün ən isti tendensiyası olacaq. Qırmızı dodaq boyası heç vaxt dəbdən kənarda qalmır. Qırmızının nə qədər rəqibi olsa da, bu rənglərin heç biri onu devirə bilmirlər. Qırmızı dodaq boyası ilə onun yalnız müxtəlif çalarları layiqli şəkildə rəqabət apara bilər.



Ötən əsrin 40-ci illərində qadınlar qırmızı dodaq boyasından istifadə etdiyi üçün qınaq obyekti olsalar da, bu gün o, öz hakimiyyətini əldən vermək istəmir. Lakin xüsusi vurğulamaq lazımdır ki, qırmızı isti yay aylarında gündəlik istifadə üçün məsləhət deyil. Parlaq qırmızı dodaqlar çox sadə göz makiyajı ilə birləşdirməlidir. Özü də sadə göz makiyajı ilə parlaq dodaqların vəhdəti istənilən yaşda olan gözəl qadına yaraşır.



Açıq çəhrayı

Bu yaz və yay aylarında kosmetika şirkətləri ən cəsarətli və parlaq dodaq boyaları ilə yanaşı, daha təbii və solğun rənglər təklif edirlər.



Vizajistlər yaz və yay aylarında gündəlik makiyajda klassik çəhrayı tonlarından istifadə etməyi məsləhət görürlər. Xüsusən də solğun-çəhrayı boyalar rəngli geyimləri ideal şəkildə tamamlayırlar.



Yazın pomada dəbində siyahıda liderliyi solğun çəhrayı tutur. Əgər solğun çəhrayı dodaq boyasının pərəstişkarı deyilsinizsə, siz parlaq çəhrayı, pastel çalarları seçmək şansınız var.



Solğun çəhrayı dodaq boyası çəkmisinizsə, bu zaman gözlər mümkün qədər cəlbedici olmalıdır. Çəhrayı və bej pomada ilə dumanlı göz makiyajı çox yaxşı uzlaşır. Bu makiyajın son nöqtəsi çəhrayı ənlik olmalıdır.



Mat (tutqun) dodaq boyaları

Yeni mövsümdə təbii görüntünü dəyişməyən pomadalar da çox aktualdır. Tutqun və parıltısız dodaq boyaları dərinin təbii rəngi ilə əla uzlaşır, amma açıq çəhrayı dodaq boyası qaralmış dərili modapərəstlər üçündür.  Dodaqların təbii rənginə karamel və ya südlü şokoladlı pomadalar sayəsində nail olmaq mümkündür. Dodaqların təbii rənginə yaxın pomadalar hər bir qadın üçün həm gündəlik həyatda, həm də axşam dəvətləri üçün gözəl seçimdir.



Təbii çalarlı dodaq boyasının istifadəsi zamanı üzün həddindən artıq solğunluğuna yol vermək olmaz. Mat dodaq boyası dəri rəngindən bir ton tünd olanda daha effektli görünür.



Xatırladaq ki, bu mövsüm mərcan dodaq boyaları da istisna deyil. Mərcan rəngi xanımların dodaqlarına zəriflik və incəlik bəxş edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!