Kölgəli dodaq boyası necə çəkilir?

Kölgəli dodaq boyası necə çəkilir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 25
Bu möhtəşəm və parlaq dodaqlara sahib olmaq istəyirsiniz? Bir neçə əməliyyat və bir az əl məharətindən istifadə edərək ən məşhur vizajistləri geridə qoyacaq bir makiyaj edə bilərsiniz. Dünyada olduqca məşhur olan ombre lips texnikası ilə kölgəli və dəyişik bir dodaq boyasına sahib ola bilərsiniz. Ombre, fransız kölgə lips isə ingilis dodaqlar mənasını daşıyır. İki sözün tam mənası kölgəli dodaqlar deməkdir. Kölgəli dodaqlara sahib olmaq üçün isə lazım olan vəsaitlər olduqca asan əlçatandır. Bir az vazelin, bir az karandaş kirşan, bir dodaq qələmi və çəhrayı dodaq parladıcısı kafi olacaq. Şəxsi gecələrdə, ziyafət, toy və nişan mərasimlərində, yığıncaqlar və axşam yeməklərində tərzinizi ortaya qoyacaq bu dodaq boyası ilə olduqca cəlbedici görünəcəksiniz.



1. Əvvəl dodaqlarınıza vazelin çəkib barmağınızla yaxşıca yedirin. Daha sonra karandaş pudra ilə dodaqlarınızı pudralayın. Beləcə boyanızın həm qalıcı olmasını təmin edəcək, həm də boyanızı sabitləşdirərək dağılmasının və pozulmasının qarşısını alacaqsınız.



2. İstədiyiniz rəngdə bir dodaq qələmini dodaq xəttinin xaricinə səliqəli çəkin. Beləcə dodaqlarınız daha dolğun və seksual görünəcək. Daha sonra dodağınızın orta nöqtəsini boşda buraxacaq formada kənarlarını qələm köməyi ilə doldurmağa başlayın.



3. Dodaqlarınızın boşluqda qalan qisminə çəhrayı dodaq parladıcısını çəkin.



4. Budur, hazırdı! Cazibədar və xoş bir qadın oldunuz! Gözəl dodaqlarınızla aynaya gülümsəyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!