Mükəmməl makiyaj üçün bəzi sirlər

Mükəmməl makiyaj üçün bəzi sirlər
Makiyaj, Manikür, Pedikür
10.09.2017 8
Makiyajın ideal görsənməsi üçün bəzi qoyulmamış qaydalar var ki, onları bizdən savayı sizə heç kim dемəz!



1. Göz qələmi yandırma ilə göz laynerinə tronsformer olunur. Karandaşı bir neçə saniyə atəşdə tutmaqla onun sərt qrifeli yumşalır və layner kimi göz qapağında sürüşərək siz Odri Hepberin klassik oxları kimi mükəmməl görüntü əldə edəcəksiniz.



2. Ten çəkməmişdən öncə göz qapağını ağ karandaş ilə rəngləyin. Bu fənd ilə yarımparlaq və mat olan göz kölgələri belə parıltılı olacaq.



3. Limon dırnaqdakı ləkələri təmizləyir. Bir stəkan suya bir xörək qaşığı limon suyu əlavə edib dırnaqlarınızı 5 dəqiqəlik vanna edin və dırnaq təbəqəsini masaj edin.



4. Dodaq boyasının davamlılığını artırmaq üçün ilk növbədə dodaqlarınızı boyayın, ona salfet yapışdırın və rəngi "möhürləmək" üçün havalı fırça ilə  ona kirşan çəkin.



5. Uzun səyahətlər zamanı əl altında matlşdırıcı üz salfetiniz yoxdursa, əvəzinə tualet salfetinin bir parçasından istifadə edə bilərsiniz. Qəribə görsənsə də, bu 100% belədir. Oxşar materiallardan hazırlandıqları üçün yağın tamamilə həll olunması baş verir.



6. Quru saç uclarından özünüz yaxa qurtara bilərsiniz. Saçlarınızı kiçik hissələrə ayırın və hər birini juqut ətrafında dolayın bu zaman yanmış uclar üzə çıxacaq və onları səliqə ilə qayçılayın.



7. Qatıq dərini sakitləşdirir. İltihablaşmış və ya qızarmış dəriyə yağlı qatıq sürtün və 20 dəqiqə saxlayın. Bu müddətdə süd turşusu, probiotik, yağ, qızartı və iltihabı azaldacaq.



8. Qurumuş dırnaq boyasına həyat qatın. Sadəcə sevimli boyanızı bir stəkan qaynar suyun içinə yerləşdirin və 2 dəqiqə gözləyin.



9. Kirpik buran şipsidən istifadə etməzdən öncə onu fen ilə qızdırın. Yandırmamaq şərti ilə bir neçə saniyə gözlədin və vərdiş etdiyiniz qayda ilə kirpiklərinizi burun. Bu zaman kipriklər daha yaxşı qatlanacaq və effektliyi uzun müddət davam edəcək.



10. Çay çatlamış dodaqları canlandırıcaq. Paket çayı suda isladıb çatlamış dodaqları yarım dəqiqə müddətində kompres edin.



11. İkinci qat tuş çəkməmişdən əvvəl kirpiklərinizə kirşan vurun. Bu üsulla kirpiklər daha gözəl rənglənəcək və həcmli görünəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!