Uzun müddət mükəmməl görünüşlü kirpiklər

Uzun müddət mükəmməl görünüşlü kirpiklər
Makiyaj, Manikür, Pedikür
10.09.2017 17
İlin mövsümündən asılı olmayaraq başdan ayağa mükəmməl görünüşə sahib olmaq üçün gözəl və cəlbedici kirpiklərin olması çox vacibdir. Artıq müxtəlif növdə və müxtəlif firmaların təklif etdiyi taxma kirpiklər mövcuddur. Bəs görəsən hansı taxma kirpiklərdən istifadə etmək daha düzgündür? Hansı sizə daha çox yaraşır?



Bu suala cavab vermək üçün, ilk öncə, nail olmaq istədiyiniz görünüşü bilmək vacibdir. Əgər siz gündəlik makiyajdan istifadə edib təbii görünüşə sahib olmaq istəyirsinizsə, qalın kirpiklər taxmaq düzgün deyil. Əgər boz rəngdə göz kölgəsindən istifadə edirsinizsə qısa kirpiklərdən istifadə etmək heç də arzu olunan görünüşü bəxş etməyəcək. Qısası, istifadə etdiyiniz kirpiklər də təbii görünüşlü olmalıdır. Bunun üçün seyrək və təbii görüntülü kirpiklərdən istifadə etmək daha uyğundur. Boz rəngdə göz kölgəsindən istifadə edirsinizsə və dərin baxışlara sahib olmaq istəyirsinizsə o zaman daha uzun və qalın kirpiklərdən istifadə edin.







Növbəti mərhələ isə firma seçimidir. Əgər siz taxma kirpiklərdən yeni istifadə etməyə başlamısınızsa, o zaman sınamaq üçün digər firmalardan bahalı bir cüt almaq əvəzinə, E.L.F firmasının taxma kirpik dəstindən istifadə edin. Özünüzə uyğun olan kirpikləri müəyyən etdikdən sonra bir çox məşhurların və makiyaj mütəxəssislərinin istifadə etdiyi House of Lashes firmalarının taxma kirpiklərini sınayın.



Son mərhələ yapışqan seçimidir. DUO Eyelash Adhesive yapışqanları hal-hazırda istifadə olunan bir nömrəli kirpik yapışqanlarıdır. Bu yapışqan həm kirpiklərin həm də istifadə etdiyiniz göz laynerinin rənginə tam uyğundur.



 



Beləliklə, görüntünüzü tamamlamaq üçün nə etdməyi düşünürsünüzsə, sadəcə olaraq taxma kirpikləri sınayın. Bu sizin görünüşünüzə fərqlilik bəxş edəcək!



Həmişə baxımlı və yaraşıqlı qalın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!