Qırmızı dodaq boyası

Qırmızı dodaq boyası
Makiyaj, Manikür, Pedikür
10.09.2017 25
Qırmızı dodaqlar bizə cazibədar görüntü bəxş edə bilər. Lakin dodaq boyasının istifadə olunma qaydası və düzgün rəng seçimi çox vacib amildir. Hər şeydən əvvəl hansı rəngdə dodaq boyasının sizin dəri tonunuza uyğun olduğunu bilməlisiniz. Sarı rəngdə alt tonlardan ibarət olan və portağal rənginə çalan qırmızı dodaq boyası yağlı və "isti” dəri tonuna sahib olan xanımlar üçün daha uyğundur. Daha solğun dəri tonuna isə bənövşəyi alt tonlu qırmızı dodaq boyaları və ya daha tünd tonlar (tünd qırmızı alt tonlu dodaq boyası) uyğun gəlir.



Digər məsələ dodaq boyasının istifadə qaydasıdır. Bəzi qırmızı dodaq boyalarını təmizlədikdən sonra boya dodaqlarda quru vəziyyətdə qalır və ya dodaqda piqment ləkələri yaranır. Bunun qarşısını almaq üçün dodaq boyasından istifadə etməzdən əvvəl dodaqlarınızı mütləq nəmləndirin. Bunun üçün örtücü ilə birlikdə nəmləndirici balzamlardan istifadə edin. Növbəti mərhələdə ehtiyac olduqda dodaqların daha dolğun görünməsi üçün dodaq qələmindən istifadə edin. Nəhayət dodaq boyasını çəkin. Dodaq boyasını çəkdikdən sonra artıq boyanın dodaqlarınızın ətrafına və dişlərə yayılmaması üçün boyanı salfetka ilə azacıq qurudun.



Qırmızı dodaq boyasından istifadə insana gözəl və məftunedici görünüş bəxt etdiyi üçün çox əyləncəlidir. Mat və parıltılı qırmızı, eləcə də müxtəlif növdə tonlarla zəngin dodaq boyalarından özünüzə ən yaraşanını seçib istifadə etməklə özünüzə payız fəsli boyu unudulmaz gözəllik bəxş edə bilərsiniz!



Həmişə baxımlı və yaraşıqlı qalın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!