Ev şəraitində pedikür necə edilir?

Ev şəraitində pedikür necə edilir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 22
Yay vaxtı  ayaqlarımız diqqətdə olur. Ev şəraitində ayaq barmaqlarını necə səliqəyə salmaq və pedikür etmək olar?



Nə etmək lazımdır?

Pediküru ayaq üçün vanna düzəltməkdən başlamaq lazımdır – bu tək pedikürə hazırlıq deyil, həm də stressdən çıxmaq üçün əla vasitədir. Sonra ayaqları dəsmalla qurudub kutikul yumuşaldan və aradan götürən vasitəndən istifadə etmək lazımdır. Burada vasitənin tərkibinə diqqət yetirmək lazımdır; meyvə turşulu vasitələrini seçmək lazımdır. Qələvi vasitələrdən uzaq durun, çünkü onlan dərinı kobudlaşdırır.

Pedikür üçün yaxşı polipropilendən hazırlanmış pilka lazımdır. Dabanları çox sürtmək lazım deyil. Çox sürtəndə gəzərkən inciyəcək və dəridə ağrı daha tez və çox artacaq. Pilkanı dabandakı naxışın xətləri üzrə sürtmək lazımdır. Bu naxış əllərdə kimi hamıda unikaldır. Süngər daşından istifadə etməyin. O, yumşaq olduğuna görə dəridə qaraquşun (dırnaq mayası) əmələ gəlməsinə səbəb olur, çünkü dərini qopardır.

ayaq



Dırnaqları kəsəndə dırnaqa dördbucaq forma verərək mütləq düz xətti ilə kəsin. Yan xəttlərlə ehtiyatlı olun, olar bir birinə paralel olmalıdır. Əyri kəsmək və pilkalamaq dırnaqların dəriyə batmağa səbəb olar.

Sistematik olaraq, ayaq üçün maska və skrablardan istifadə edin. Şəkər kristallı və ya dəniz duzlu skrabları seçin.

Gündəlik istifadə üçün dərinin xüsusiyyətindən asılı olaraq, ayaq kremlərdən istifadə edin: dərinin qabarmasına, dərinin qurumasına və xoşagəlməz qoxuya qarşı. Təbii yağlara üstünlük verirsinizsə, onda vaxtaşırı yağ növünü dəyişmək lazımdır, çünki bədən həmin yağa vərdiş edir və yağın müalicəvi effekti itir. Yeri gəlmişkən, gecə ayaqlara yağ sürtəndə mütləq isti corab geyinmək lazımdır – effekt daha güclü olur.

Yayda dənizə gedəndə dəri kobudlaşmasın deyə nəmləndirici və ya dərinin artmasına qarşı krem etmək lazımdır.

Yaz fəslində rəngli yox, müalicəvi lak vurmaq lazımdır.

Nə etmək olmaz?

Heç vaxt dırnağı dibindən və künclərini kəsməyin (buna görə dırnaqlar əyri olur).

Ayaq dırnaqları çox uzun etmək lazım deyil. Ayaqqabı geyən zaman dırnaq təziq altında qalır və əyriləşir. Dırnaqları çalışın həmişə eyni uzunluqda saxlayasınız.

Dırnaqları uzun müddətə laklı qoymayın. Lakı hər 3 həftədən yeniləşdirmək tövsiyyə olunur.

Kobudlaşmış dərini bir dəfəyə aradan götürməyin, çalışın tədricən bir neçə dəfəyə bunu edəsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!