Əllərə qulluq

Əllərə qulluq
Makiyaj, Manikür, Pedikür
10.09.2017 21
Əlinizin dərisi düşündüyünüzdən daha zərif və həssasdır. Qışın soyuğu və yayın istisi onların qabıqlanmasına, qaralmasına səbəb olur.



Əllər həmçinin hər zaman göz önündə olduğu üçün onun baxımına xüsusi diqqət etməlisiniz. Diyeta vaxtı bədəndəki minerallar azaldığından dırnaqlarınız asanlıqla yumşalır və qırılır.



Kosmetoloq və dermatoloqların fikrincə, manikür etməzdən öncə əllərinizi ilıq və sabunlu suda gözlədin. Bu zaman dırnaqlarınız yumuşalacaq və daha asan şəkil alacaq.eller



Dırnaq boyasını təmizlədikdən sonra yumuşaqlıq və parlaqlıq qazanmaları üçün, dırnaqlarınızı limonla ovun. Dırnaq ətlərinizi kəsmək yerinə, dırnaq çubuğu ilə dibə doğru itələyin və elə təmizləyin. Əllərinizə nəmləndirici tətbiq etməyi unutmayın. Əllərinizi son dəfə ilıq suda saxladıqdan sonra nəmləndirici tətbiq edin. Ardınca dırnaq boyasını çəkin. Əgər boyanın daha tez qurumasını istəyirsinizsə, əllərinizi buzlu suda gözlədin.



Gecə yatmazdan öncə əllərinizi zeytun yağı ilə doldurulmuş qabda saxlayın. 10 dəqiqə gözlədikdən sonra çıxardın və qurulayın. Pambıq əlcəkləri taxıb yatın. Səhər oyandıqda əllərinizin həmişəkindən daha yumuşaq olduğunu görəcəksiniz.



Bir qabın içinə bir miqdar küncüt yağı əlavə edin və bir limonun yarısını sıxın. Yaxşıca qarışdırdıqdan sonra dırnaqlarınıza çəkin. Bu dırnaqlarınızı qidalandıracaq və gücləndirəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!