Düzgün makiyaj üçün 20 qızıl qayda

Düzgün makiyaj üçün 20 qızıl qayda
Makiyaj, Manikür, Pedikür
10.09.2017 26
Bacarıqlı əllərdə fırça möcüzələr yaradır. Professional vizajistlər iddia edirlər ki, bütün problemləri makiyajla tamamilə aradan qaldırmaq olar. Bununla bərabər bir neçə bacarıqlı maskalama ilə bədheybəti belə gözəlçəyə çevirmək olar. Şarliz Teronun çəkildiyi "Bədheybət" filmini xatırlayırsınız? Əlbəttə, burada aktrisanı maskalayaraq "eybəcər" formaya salmışdılar. Belə ki, biz şəhərdə hər gün o bədheybətlər ilə rastlaşırıq, bu ona görədir ki, bir çox xanım öz makiyaj tərzini bilmir, ümumiyyətlə, makiyaj alətlərinə sahib deyillər. Bu gün sizə pillə-pillə makiyajın əsas sirlərini açıqlayacağam.



Əlbəttə ki, makiyaj nədən başlayır?



-Doğrudur, "ideal dəridən"!



Bərabər və hamar dəri

Məsləhət 1: Makiyaj üz dərisinə uyğun tonal kremin sürtülməsi ilə başlayır. Üz dərisi ilə hormoniya təşkil etməlidir. Bu zaman makiyaj maksimal dərəcədə təbii görünəcək.



Tonal kremi necə seçməli: ovucun küncünə və ya dirsəyə tonal kremi çəkməklə, lakin bu kifayət deyil! Kölgəni təyin etmək üçün mütləq tonal kremdən azca çənə xəttinə çəkmək tələb olunur. Bir dəqiqədən sonra bədən temperaturunda isinəndən sonra siz kölgənin dəri tonunuz ilə nə qədər uyğunluq təşkil etdiyini görəcəksiniz.



Məsləhət 2: Əgər ton seçimində tərəddüd edirsinizsə, o zaman açıq tonu seçin. O, üzünüzə işıltı verəcək.



Məsləhət 3: Yorğun üz effektindən qurtulmaq üçün gözətrafı dərini dəri tonunuzdan açıq olan korrektorla maskalayın. Bir elementə fikir verin: Korrektorun çəhrayı tonu göy izləri gizlədir, qızılı olan isə işıltı verir.



Məsləhət 4: Kirşanın rəngi (toz və ya kompakt) üz dərisinin təbii rəngində və ya ondan açıq olmalıdır. Yay mövsümü zamanı adi tünd kirşandan bronz effekti almaq üçün istifadə edin.



Məsləhət 5: Dəri nə qədər tünddürsə, ənliyin rəngi bir o qədər açıq olmalıdır.



Məsləhət 6: Yaxşı olar ki, makiyajda ənliyin 2 rəngindən istifadə olunsun: üzün quruluş formasını bəlli etmək üçün bir qədər tünd, üzə dincəlmiş görünüş bəxş etmək üçün daha işıqlı.



Göz makiyajı

Məsləhət 7: Göz makiyajına keçən zaman professional vizajistlərin qızıl qaydasını xatırlamaq lazımdır: açıq rənglər gözləri böyük və qabarıq göstərir, tünd rənglər isə onları kiçildir və içəri çəkir.



Məsləhət 8: Eyni vaxtda bir rəngin 2-3 tonundan istifadə etmək olar: açıq olan qaş altına, orta ton bütün göz qapağına, tünd isə göz qapağının ortasından xarici ucuna doğru çəkilir.



Məsləhət 9: Göz qapaqlarının xəttini vurğulmaq və kipriklərə həcm vermək üçün göz qələmindən istifadə edin. Qələmin rəngi tenə uyğun seçilməlidir.



Məsləhət 10: Makiyaj üçün ən uğurlu seçim həcmli tuş hesab olunur. Yumşaq kipriklər - bu artıq kassikadır.  



Məsləhət 11: Əgər siz rəngli tuş seçəcəksinizsə, o bilin ki, seçdiyiniz tuş göz rəngi ilə uyğun olmalıdır. Qəhvəyi tuş mavi və boz gözlərə uyğun gəlir. Boz və mavi tuş isə qəhvəyi və yaşıl gözlər üçündür.



Dodaq makiyajı

Məsləhət 12: Tünd rəngli dodaq boyası simanızda "mən təkcə dodaq boyasından istifadə etmişəm" təsəvvürü yaradacaq



Məsləhət 13: Dodaq əqləmindən başlayaq. O, dodaqlarınza forma verir və vizual olaraq pomadanın axmasının qarşısını alır. Onun rəngi dodaq boyası rəngi tonunda seçilməlidir.



Məsləhət 14: Dodaq qələminin rəngi ya dodaq rəngində, ya da pomadadan açıq olmalıdır. Müasir makiyajda dodaq qələmindən ancaq parlaq dodaq boyası çəkən zamanı istifadə olunur.



Məsləhət 15: Parlaq rəngli dodaq boyasını fırça vasitəsi ilə çəkmək daha rahatdır. Sonra kağız salfeti dodağınıza yapışdıraraq boyanın artığını götürün. Bu zaman dodaq boyası daha uzun müddət qalmış olacaq.



Məsləhət 16: Elə dodaq boyası seçin ki, siz makiyaj çəkmədikdə belə onun rəngi normal dəri tonunuz ilə uyğun olsun.



Məsləhət 17: Parlaq dodaq boyası sadə göz makiyajı və ya əksinə tələb edir. Çünki yalnız bir obyekt diqqət mərkəzində olmalıdır.



Məsləhət 18: Pomadanın rəngi göz rəngi ilə uyğunluq təşkil etməlidir.



Məsləhət 19: Dodaq parıltısını bilavasitə dodağa və ya boyanın üzərinə vurmaq olar. Dodaq boyası ilə parıltının rənglərinin qarışmaması üçün parıltını rəngsiz seçmək lazımdır.



Məsləhət 20: Dodaqlara həcm vermək üçün parıltılı dodaq boyasından istifadə olunur. Parıltının 2 zolağı üst dodağa, bir zolağı isə alt dodağa, tam mərkəzə çəkilməlidir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!