Gözaltı qaraları gizlədək

Gözaltı qaraları gizlədək
Makiyaj, Manikür, Pedikür
10.09.2017 16
Bəzi dəri tipləri səbəbsiz də olsa, göz altı bölgəsində, ağız kənarında bənövşəyilik, qaralma yarada bilir. Zərərli qidalanma vərdişi, yuxusuzluq və daha bir çox faktor göz altında qalarmaların meydana gəlməsinə təsir edir. Bu qaralmalar, şübhəsiz ki, adamı heç də gözəl gpstərmir. Açıq rəngli dəriyə sahib olanlarda isə bu qaralmalar çox tez nəzərə çarpır.



Bu qaralmaları nqarşını almaq üçün xanımlarımız hər vasitəyə əl atırlar. Təəssüf ki, bunlardan bi sırası heç də sağlamlığa xeyirli deyil. Əgər sizin də gözaltı nahiyələrinizdə qaralmalar vardırsa, bunu makiyajla müvəqqəti həll edə bilərsiniz. Bu problemin kökündən həll edilməsi üçün isə düzgün gün rejimi qurmaq və sağlam qidalanmaq lazımdır.



Doğru tonal krem

Tonal krem makiyaj zamanı xanımların ən böyük köməkçisi olur. Xüsusilə qarltılar, sızanaq ləkələri, qızartılar üçün tonal krem ən böyük qurtarıcıdır. Əgər siz də gözaltı qaralarınızı gizlətmək istəyirsinizsə, dəri rənginizə uyan və dərinizin rəngindən bir ton açıq olan bir tonal kremdən istifadə edin. Tonal kremi kiçik toxunuşlarla göz altlarınıza və burun ilə göz arasında qalan hissəyə çəkin. Əl yerinə kirşan fırçasından istifadə etsəniz, daha effektli nəticə əldə etmiş olacaqsınız.



Nəmləndirici

Göz altlarınıza kirşan vurmazdan əvvəl nəmləndirsəniz, gün boyunca göz altlarınızda olan kirşan gözaltında olan xəttlərə (və ya qırışlara) dolmayacaq. Buna görə də makiyaja başlamazdan əvvəl üzünüzə nəmləndirici krem çəkə bilərsiniz.



İşıqlandırıcı

Çox şişirtməmək şərti ilə müəyyən miqdarda işıqlandırıcı istifadə edərək göz altlarınızı daha işıqlı və gözlərinizi daha diqqətəçarpan göstərə bilərsiniz.



Kirşan

Gözəlliyinizin qalıcılığını təmin etmək üçün kirşandan istifadə etməyinizi təklif edərəm. Kirşan tonal kremin qalıcılığını artırar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!