Ən yaxşı 10 əl kremi

Ən yaxşı 10 əl kremi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 33
Caudalie Hand And Nail Cream

İçində olan antioksidant, polifenollar və dərini dəstəkləyən şi yağıyla əllərə keyfiyyətli qulluq tətbiq edə biləcəyiniz əl kremidir. Gözəl qoxusu ilə yanaşı, tərkibində paraben və mineral yağ olmadığı üçün təbii məhsullardan seçim edənlər üçün Caudalie əl kremini tövsiyə edirəm.



Burt's Bees Beeswax & Banana Hand Creme

Kremin içindəki E vitamini, bal mumu və aloe vera nəmi əllərə gözəl qulluq edir. Tropik banan qoxusu çöldə buz kimi hava olduğunu unutdurur və bizi tropik diyarlara aparır.



Neutrogena Norwegian Formula Hand Cream

Uyğun ölçüsü və sıx formulu ilə çantaya atıb hər yerdə istifadə edə biləcəyiniz məhsuldur. Quru dirsək və dizlərə də çəkə bilərsiniz.



L'Occitane Shea Butter Hand Cream

Ən quru əlləri belə nəmləndirib qulluq edən bu əl kremi ilk istifadə zamanı ağırlıq hissi versə də, dəriyə dərhal hopması və əllərimizi yumşaq etməsiylə könlümüzü fəth edir.



Clinique Deep Comfort Hand and Cuticle Cream

Yalnız əllərə deyil, qorumanı təmin edən dərin baxım kremi, 12 saat boyu məxməri bir toxunuşla dərinin nəm baryerini dəstəkləyir və xarici faktorlardan qoruyur.



Estée Lauder Re-Nutriv Intensive Smoothing Hand Crème

Dərinin elastikliyini artırmaqla yanaşı, əldəki tünd ləkələri və qırışları da azaldır. Əllər yuyulduqdan sonra belə krem dərinin nəm tarazlığını qorumağa davam edir.



Elizabeth Arden Eight Hour Intensive Moisturizing Hand Treatment

Çox suya girib çıxan, ziyan görmüş və nəmsiz qalan əllər üçün ideal olan bir məhsuldur. Gel quruluşlu krem dərhal əmilir və bütün gün dərini yumşaq edir.



The Body Shop Hemp Hand Protector

Bitki yağları ilə zəngin olan krem​​ xüsusilə qışın şaxtalı günlərində əlləri qoruyur və qulluq edir.



BLISS High Intensity Hand Cream

Antioksidantla zəngin olan krem dərinin səthini ipək kimi yumşaq edir və itirdiyi nəmi geri qazandırır.



Weleda Sea Buckthorn Hand Cream

Orqanik məhsulları sevirsinizsə, bu əl kremi əsil sizin üçündür. Dərini qoruyan vitaminlər, dəri quruluşunu dəstəkləyən orqanik yağ və bitki ekstraktları əllərə möhtəşəm qulluq tətbiq edir. Gecə əllərə bolluca çəkib əlcək taxaraq gecə boyu əllərə qulluq maskası edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!