Əl üçün maskalar

Əl üçün maskalar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 44
Əl maskaları dərini daha çox qidalandırır və yumşaldır. Onlar yalnız yaxşı təmizlənmiş dəriyə çəkilir. Onların tərkibinə vitaminlər, qliserin, yağlar, lanolin, mum, bal, ana südü, jenşen, aloe, çobanyastığı, yumşaldıcılar və sair daxildir. Maskalar üçün daha çox yağlı əl kremləri istifadə olunur. Xüsusi tərkibli məlhəm  istifadə etmək olar.

 

Ən sadə maska - kremi qalın şəkildə əllərə çəkin və 10-15 dəqiqə saxlayın. Maska qalıqları əllərdən salfetin köməkliyi və ya isti su ilə yumaqla aparılır. Bu halda əlləri kremləyin. Maskanı gecələr eləsəniz daha yaxşı olar. Əllərə bolluca krem çəkin. Sonra əllərə polietilen torbacıqlar keçirin, onun üstündən isə çoxləçəkli (maxrovıy) və ya pambıq parçadan hazırlanmış əlcək geyinin. Bu maskaları axşam eləyib səhər çıxarın.



Parafin maskası - əllərə krem çəkilir və sonra onun üstü qızdırılmış maye halında olan parafinlə örtülür. Otaq temperaturunda soyuyur. Əllərə polietilen torbacıqlar və onun üstündən isə çoxləçəkli əlcək keçirilir. Bu parafinin soyuma prosesini ləngidir. Dərindən qızdırılma nəticəsində damarlarda olan ağrılar, əzələ gərginlikləri çəkilir. İstiliyin təsiri altında məsamələr genişlənir və tər və piy ifrazatı güclənir. Limfayaranma və qan yaxşılaşır. Mikrosirkulyasiya hesabına dərinin üst qatına su daxil olması artır. Parafin isə həmin suyun buxarlanmasının qarşısını almış olur və bu da dərini yumşaldır. Parafinoterapiya nəticəsində dəri hamarlaşır, səliqəyə düşür və canlandırılmış bir görkəm alır (liftinq-effekt). Ona görə də bu maska quru və suyu çəkilmiş dəri üçün faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!