Dırnaqlarınız hansı xəstəlikdən xəbər verir

Dırnaqlarınız hansı xəstəlikdən xəbər verir
Makiyaj, Manikür, Pedikür
10.09.2017 15
Sağlam dırnaq adətən çəhrayı, dibinə doğru isə açıq çəhrayı rəngdə olur. Əgər dırnaqlarınız solğun və ya digər rəngdədirsə, bu, sağlamlığınızla bağlı hər hansı problemlərinizin olduğundan xəbər verir.



Solğun dırnaqlar

Yaşıl rəng bakteriya və infeksiya göstəricisidir. Qırmızı xətlər ürək problemlərini, maviyə yaxın dırnaqlar qanda oksigen səviyyəsinin aşağı olduğunu, ağ rəng qaraciyər narahatlığının əlamətidir. Tünd rəngli xətlər də ürək xəstəliklərinə və qocalmağa işarə edir.



Qalın dırnaqlar

Dırnaqların həddindən artıq qalın olması normal deyil. Normaldan qalın dırnaqlar ağciyər narahatlığı, göbələk infeksiyası, qalxanabənzər və qan dövranı sistemi xəstəliklərinə dair hər hansı problemin olduğunu göstərir.





Qabıq verən dırnaqlar

Dırnaqların tez-tez qabıq verməsi əsasən fol turşusu və C vitamini çatışmazlığından xəbər verir. Həmçinin xroniki yanlış qidalanmanın da xəbərçisi ola bilər.

 

Qaşıqvari dırnaq

Bu dırnaqlar daxili xəstəliklərdən qaynaqlanan səbəblərdən dolayı  qıvrılır və qaşığa bənzər hal alır. Əsasən dəmir çatışmazlığı, hemokromatozis, ürək problemləri və hipotiroidlə bağlı problemlərin olduğunu bildirir.



Bataqlığa bənzəyən dırnaqlar

Dırnaqlarda kiçik bataqlıqlar və ya xırda dəliklər varsa, onlara yaxşı qulluq etmədiyinizin göstəricisi ola bilər. Bundan başqa, sədəf, sink çatışmazlığının əlaməti də ola bilər.



Dalğalı dırnaqlar

Dırnaqların səthi hamar olmalıdır. Əgər dırnaqlarda qabarmış dalğalar varsa, bu, dəmir çatışmazlığı, arterit və ya lupus xəstəliyinin əlaməti ola bilər.

 

Quru və tez qırılan dırnaqlar

Dırnaqlarınız tez-tez qırılırarsa, hormon səviyyəsinə nəzarət etmək məsləhət görülür. Bu, qalxanabənzər və ya göbələk xəstəliyinin xəbərçisi ola bilər.



Yumru dırnaqlar

Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə, ağciyər narahatlığı, bağırsaq xəstəlikləri və ya qaraciyər xəstəliklərinin əlaməti ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!