Makiyajla gözləri iri göstərmək üçün 8 ipucu

Makiyajla gözləri iri göstərmək üçün 8 ipucu
Makiyaj, Manikür, Pedikür
10.09.2017 28
Gözlərinizi daha iri və cəlbedici göstərmək istəyirsiniz?



1. Makiyaj üçün əsas

Gözləri gözəlləşdirməyə makiyaj üçün əsas çəkərək başlayın. Bu, göz kölgəsinin daha gözəl görünməsini və davamlı olmasını təmin edəcək.



2. Mükəmməl göz kölgəsi

Gözlərinizi olduğundan daha iri göstərmək üçün göz qapaqlarınıza dəri tonunuzdan 3-4 ton açıq, bej rəngli göz kölgəsi çəkin. Gözlərinizin içinə isə ağ rəngli qələm çəkə bilərsiniz. Bu gözlərinizi iriləşdirməklə yanaşı, daha gənc görünməyinizi təmin edəcək.



3. Qıvırın

İri gözlərə qovuşmaq üçün kirpik qıvırıcıdan istifadə edin. Kirpiklərinizi dibindən qıvırın.



4. Keyfiyyətli tuş

Yaxşı tuş mükəmməl makiyaja qovuşmaq üçün sehirli çubuq vəzifəsini yerinə yetirir. Əgər doğru tuşu tapa bilsəniz, gözlərinizi daha iri və cəlbedici göstərə bilərsiniz. Əgər qıvrım kirpiklər istəyirsinizsə, tuşu 2-3 qat çəkin.



5. Tünd kölgələri yox edin

Göz altındakı torbaları və qara kölgələri keyfiyyətli korrektor ilə yox edin. Korrektoru çəkib yaydıqdan sonra üzərindən parlaqlıq bəxş edən şəffaf pudra çəkin.



6. Göz cizgilərini vurğulayın

Mükəmməl makiyajda gözləri vurğulamaq lazımdır. Bunun üçün açıq-qəhvəyi çalarında olan göz kölgəsi ilə göz qapaqlarınızı boyayın. Daha tünd çalarda olan göz kölgəsini isə gözlərin kənarlarını V formasında boyamaq üçün istifadə edin. Alt kirpik diblərinə də tünd rəngli göz kölgəsindən çəkə bilərsiniz.



7. Qaşlarınızı vurğulayı

Gözəl qaşlar həm üz cizgilərini daha cəlbedici göstərir, həm də diqqəti gözlərə çəkir. Qalın qaşlar sizi daha məsum və gənc göstərəcək. Qaşlarınıza forma vermək üçün xüsusi qaş kölgələrindən, qaş tuşundan və ya qaş qələmindən istifadə edə bilərsiniz.



8. Göz qələmi və ya layner

Gur kirpiklər gözlərin daha iri görünməsini təmin edir. Kirpiklərinizi gur göstərmək üçün üst kirpik diblərinə qələmlə və ya laynerlə nazik, düz xətt çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!