Dəri rənginə uyğun ənlik seçin

Dəri rənginə uyğun ənlik seçin
Makiyaj, Manikür, Pedikür
10.09.2017 19
Ənlik bəzən kiçik toxunuşla makiyajda böyük fərq yarada bilər. Belə ki, bu kosmetik vasitə almacıq sümüklərini vurğulayaraq, üzü daha cazibədar göstərir. Maksimum effekt əldə etmək üçün  ənliyin dəri rəngi ilə uzlaşması şərtdir. Bəs, sizin üçün uyğun ənlik hansıdır?



Ağbəniz dərili xanımlar

Ağbəniz xanımlara açıq çəhrayı, şaftalı tonları, o cümlədən narıncı ənlik çox yaraşır. Bu ənlik ağappaq dərini ideal şəkildə vurğulayıb gözəlliyinizi üzə çıxaracaq. Lakin kifayət qədər diqqət çəkdiyi üçün həddinizi aşmayın ki, təlxəyə oxşamayasınız.



Qarabuğdayı xanımlar

Qarabuğdayı xanımlara da çəhrayı tonlarında ənliklər çox yaraşır. Ağbəniz xanımlardan fərqli olaraq, qarabuğdayılar çəhrayının daha tünd tonlarından istifadə etməlidir.



Əsmər xanımlar

Əsmər xanımlar üçün ən ideal ənliklər tünd qırmızı, o cümlədən qəhvəyi tonlardır. Bu tonlar əsmərlərin gözəlliyini ön plana çıxarıb cəsur qadın obrazı yaradacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!