Payızın rənglərlə dolu manikür dəbi

Payızın rənglərlə dolu manikür dəbi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 35
Payızın manikür dəbi çoxçalarlı rəngləri ilə həmişə fərqlənir. Bu mövsüm kosmetika şirkətləri dırnaq boyalarında həzin rənglər təklif edirlər.



Şərab çalarları universal rəng olduğundan istənilən geyimlə uyğunlaşa bilər. Belə manikür əldə həmişə zəngin və cəlbedici görünür. Ancaq həmin rəng dırnaq boyaları romantik üslubu sevən qızların geyim tərzinə daha yaxındır.



Zoğalı tonlarını digər rənglərlə, eləcə də, fransız manikürü ilə cəsarətlə birləşdirmək olar. Bundan başqa, siz öz dırnaqlarınız üstündə qara və qızılı lakla bəzəklər də vura bilərsiniz. Bu üsul zoğalı tonları mükəmməl şəkildə tamamlayacaq.



Zoğalı tonlar uzun və qısa dırnaqlarda eyni dərəcədə gözəl görünür. Bu da təbii ki, manikür dəbində kifayət qədər çox nadir rast gəlinən hadisədir. Lakin bir məqama diqqət etməlisiniz: dırnaqların çox itiuclu olmasına yol verməməlisiniz. Çünki bu zaman aqressiv qadına bənzəyəcəksiniz. Onu da qeyd etmək lazımdır ki, tünd qırmızı parıltılı manikür bütün dəri rəngləri üçün ideal seçimdir.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!