Payız dəbi: alma yanaqlar

Payız dəbi: alma yanaqlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 17
Ənlik yalnız qadın üslubuna təravət və parlaqlıq bəxş etmir, həmçinin vizual olaraq yanaqların formasını dəyişir.



Qəhvəyi çalarların yerini bu il çəhrayı rəngli ənliklər tutub. Təbii çalarlı çəhrayı rəngli ənliklər sayəsində yanaqlar bu payız işıq saçır!



"Chanel” moda evinin yeni kolleksiyasının nümayişi zamanı peşəkar vizaj ustası Piter Filps bildirib ki, payız-qış makiyajında dodaqlar və gözlər bir qədər diqqətdən kənarda qalacaq, əsasən, yanaqlar vuğrulanacaq.



Ənliklər, adətən, quru və diyircəkli formada olur. Lakin kosmetika şirkətləri artıq bir neçə ildir ki, həm də krem ənliklər təqdim edirlər. Quru ənliklər hər tərəfə zərifliklə yayılsa da, krem şəklində olanlar yanaqlara sağlam qızartı və parlaqlıq verir. Dəridə qalıcı olması soyuq havada seçim üstünlüyü verir. Diyircəkli ənliklər bir neçə rəngdən ibarət olduğuna görə üzə zərif qızartı bəxş edərək üzün formasını vurğulayır və işıq effekti verir.



Qeyd edək ki, çəhrayı ənliklərin ən yaxşılarını "Burberry”, "La Prairie”, "Chanel”, "Clé de Peau”, "By Terry”, "Bourjois” kimi brendlərin payız kolleksiyalarında tapa bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!