Gəlin maniküründə son dəb

Gəlin maniküründə son dəb
Makiyaj, Manikür, Pedikür
10.09.2017 25
Son vaxtlarda gəlin saçı, gəlin makiyajı qədər gəlin manikürü də xanımların diqqət etdiyi, əvvəlcədən fikirləşdiyi şeylərdəndir.

Bir
dövr üçün gəlin manikürü demək "French” manikür mənasına gəlirdi. Hər
bir gəlin bu cür manikürdən istifadə edirdi. İndi də bu tip manikür
qalmaqdadır, lakin dümağ və şəffaf rəngdə olan lak əvəzinə açıq çəhrayı
və onun tonları daha çox istifadə olunur. Həmçinin son zamanlarda
klassik French üsulu deyil onun başqa növləri daha geniş yayılmışdır.

Bunlardan bəzilərini sizin diqqətinizə çatdırırıq:

 

Metallik rəngdə French:

Dırnağın uc qisminə qalın gümüş və
ya qızılı rəngdə lak, üstündən dırnağın tamamına isə mat rəngdə olan
laklar çəkilir. Gümüş əsasən çəhrayı və krem rəng ilə, qızılı isə bej və
onun tonları ilə daha yaxşı uyğunluq təşkil edir və daha gözəl görünür.

 

Əyri French:

Bu formada isə klassik düz cizgi yerini əyri
və ya asimmetrik şəkildə çəkilmiş cizgiyə verir. Modern və orijinallığı
sevən bir xanımsınızsa bu cür manikür sizin üçün ideal ola bilər.



Parlaqlıq effekti:

Krem rəngində və ya açıq çəhrayı rəngdə
olan laklar üzərində bu üsulu tətbiq edə bilərsiniz. Təbii bir
parlaqlıq effekti almaq üçün bir rəngdə lak çəkin və qurumadan dırnağın
ucunu istədiyiniz rəngdə olan zərli lakla bəzəyin.

 

Klassik Pastel:

Tək
rəng və bir neçə qat çəkilmiş "pastel” tonlar, xüsusilə də çəhrayı
gəlinlərin ən çox istifadə etdiyi növdür. Ağ gəlinliyin açıq çəhrayı ilə
uyğunluğu, yaratdığı təmizlik və məsumiyyət hissi bu rənglərin
gəlinlərin ən çox üstünlük verdiyi rənglər olmasına şərait yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!