Düzgün manikür qaydası etmək müəyyənləşdi

Düzgün manikür qaydası etmək müəyyənləşdi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 14
Dırnaqları keyfiyyətsiz dırnaq boyası və calaq dırnaqlarla korlamaq çox asandır. Lakin bu prosedurların tez- tez təkrarlanması daha da ziyanlıdır. Bundan başqa dırnaqların tez-tez kəsilməsi və dişlənməsi bir çox problemlər yarada bilər. Onların üzərində çatlar əmələ gələ bilər və bununla da tez-tez qırıla və deformasiyaya uğrayar. Görünüşsüz dırnaqlar isə gözəl manikürün ilk düşmənidir. Bir çoxumuz bunu şəxsi təcrübəmizdən bilirik və bunu olduğu kimi qəbul edirik. Bu gnlərdə Nottinqem Universitetinin alimləri bunun səbəbini izah etdilər. Onlar dırnaqların möhkəmlik fizikasına və onun uzanmasına yardım edən mexanizmlərə diqqət çəkib. Məsələ bundadır ki, hər bir təsir – dırnaqların kəsilməsi və s. onların strukturuna və uzanmasına təsir göstərir, bununla da onların ucu dəriyə daha da bitişir. Dırnaqlara göstərilən daimi təsirlər zamanı onlar deformasiyaya uğrayır. Amma siz həftədə bir-iki dəfə dırnaqları kəsməklə və düzgün forma verməklə vəziyyəti düzəldə bilərsiniz. Statistikaya görə, uzun və dördbucaq formalı dırnaqlar yumru formalı dırnaqlara nisbətən daha çox qırılır və problem yaradır. Yəni, təbii formaya yaxın dırnaqlarda bu risk daha aşağıdır. Həmçinin alimlər sağlam dırnaqlar üçün düzgün qidalanmağın vacib olduğunu qeyd edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!