Dırnaqlara qulluq və maskalar

Dırnaqlara qulluq və maskalar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 18
Dırnaqlarımız əllərimizə gözəllik verməklə yanaşı, həm də bizi müəyyən xəstəliklərdən xəbərdar edir. Dırnaqlarımıza diqqətlə baxsaq, bəzi vitamin çatışmamazlığımızdan xəbər tutmuş olarıq.Bəs nələrə diqqət etməliyik?



-Dırnaqların səthi nahamardısa, deməli C vitamininə ehtiyacımız var;

-Dırnaq üzərində ağ ləkələr varsa, zülal və ya sink əksikliyimiz var;

-Dırnaqlarımız soyulursa, hidroxlorik turşu çatışmamazlığımız mövcuddur;



-Dırnaqlarımız quru və zəifdirsə, A vitamini və kalsiyum ehtiyacımız var;

-Dırnaq rəngi tünd və görünüşü yaxşı deyilsə, B12 vitamini əksikdir;

-Dırnağınızı əhatə edən ətlər qızartı halındadısa, bu maddələr mübadiləsinin zəifliyinə işarə edir.



KÖVRƏK DIRNAQLAR ÜÇÜN

Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Dırnaqları 20 dəqiqə ərzində həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır.



QİDALANDIRICI MASKA

3 ç.q qidalandırıcı krem, vitamin A və D-nin 1/3-i, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdırıb lakdan təmizlənmiş dırnaqlara sürt. Prosedura 3 həftə ərzində hər gün edilməlidir



DIRNAQLARI AĞARTMAQ ÜÇÜN MASKA

Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün limonu iki hissəyə ayırıb dırnaqları 5 dəqiqə masaj et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!