2016-cı ilin ən dəbli dırnaq boyaları haqqında dəyərli məlumat

2016-cı ilin ən dəbli dırnaq boyaları haqqında dəyərli məlumat
Makiyaj, Manikür, Pedikür
10.09.2017 66
Manikür özündə müxtəlif rəng və çalarları birləşdirən yeganə gözəllik seqmentidir.



O mənada ki, siz istədiyiniz rəngdə dırnağınızı boyayıb, dəbli və gözəl görünə bilərsiniz. Hazırda qadınlar dırnaqlarını boyayan zaman bir deyil, bir neçə rəngdən istifadə edirlər. Buna baxmayaraq, klassik - bir ton dırnaq rəngləri öz aktuallığını hər zaman qoruyub saxlamaqdadır.



Metalın gözqamaşdıran parıltısı

Metal çalarları dırnaq boyaları,dırnaqda çox davamlı olur. Bu rənglər hətta dırnaqda bir neçə həftə qala bilər. Bu variant yol üstündə olan xanımlar üçün çox əlverişlidir. Bundan başqa metal dırnaq boyası pozularsa silib, yenisini çəkməyə ehtiyac qalmaz. Üzərindən bir qat yeniləmək kifayətdir ki, əlləriniz gözəl görünsün. Burada əsas nüans seçdiyiniz rəngdə diqqətli olmağınızdır. Əgər siz ofisdə işləyirsinizsə, bunun üçün neytral rəngləri seçməyiniz məsləhətdir. Əyləncəli yerlər üçün isə daha ekstrovaqant rənglərə üstünlük verə bilərsiniz.



Sərhəd tanımayan tünd-qırmızı

Tünd qırmızı dırnaq boyası artıq manikürdə klassikaya çevrilib. Bu rəngin bütün çalarları qısa dırnaqlarda olduqca eleqant görünür. Bundan başqa, tünd qırmızı dırnaq boyası istənilən geyimlə vəhdət təşkil edir. Bura həm ziyafət geyimi, həm də idman üslubunda olan paltarlar aiddir.



Solğun rənglər...

Şəffaf, krem rəngi, bej, açıq çəhrayı – bütün bu rəng çalarları universal hesab olunur. Əgər dırnaq boyası seçimində çətinlik çəkirsinizsə, onlara üstünlük verin. Çünki ən delikat geyimdə belə bu rənglər tonallığı qoruyub saxlamağa kömək edəcək.



Qadınların baxımlı və gözəl görünüşünü ilk növbədə əlləri və manikürlü, təmiz, boyanmış dırnaqları tamamlayır. Odur ki, əziz xanımlar, əllərinizə və dırnaqlarınıza biganə qalmayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!