Kiçik məsləhətlərlə əllərimiz daha gözəl olsun!

Kiçik məsləhətlərlə əllərimiz daha gözəl olsun!
Makiyaj, Manikür, Pedikür
10.09.2017 27
Əllər qadının yaş aynasıdır. Bunun üçün də əllərimizə daima qulluq etməliyik. Əllərin yaxşı saxlanılmasının ilk şərti onların dərisinə gündəlik qulluqdur. Əllərin tez-tez soyuq su ilə yuyulması əl dərisinin quruması və çatlamasına səbəb olur. Ona görə də əllər ilıq su ilə yuyulmalıdır. Əllərin gözəl saxlanılması üçün bu şərtlərə riayət etmək lazımdır;



1) Su ilə iş gördükdə, mütləq əlcək taxmaq lazımdır.

2) Əllərinizi yuduqdan sonra dəsmalla silib kremləyin. Vurduğunuz kremi dərinizin növünə uyğun seçin.

3) Əllərinizi mütləq əl sabunu ilə yuyun və ilıq sudan istifadə edin.

4) Həftədə iki üç dəfə əllərinizi kremlə masaj edin. "Masaj qaydası" - Barmaqların uc hissəsindən başlayaraq əlin içinə, oradan barmağın ucuna qədər masaj edin.

5) Həftədə iki dəfə (yaxşı olar ki, birinci və dördüncü günlər) qızdırılmış bitki yağı və ya qoyunun iç piyini əridib onlarla əlləri masaj edəsiniz. 15-18 dəqiqə kifayət edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!