Qısa müddətdə cəlb edici görünüşə qovuşmaq üçün makiyaj məsləhətləri

Qısa müddətdə cəlb edici görünüşə qovuşmaq üçün makiyaj məsləhətləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 29
Bu gün axşam saatlarına ziyafətə dəvətlisiniz və qısa müddətdə cəlb edici makyaj etməlisiniz? Hazırladığımız məqalədə qısa müddət ərzində sizləri cəlb edici göstərəcək makyaj sirlərini təqdim edirik.



Makyaj Çantanız

Makyaj çantanızda istifadə etmədiyiniz əşyalar sizə vaxt itirəcək. Bu səbəbdən istifadə etmədiyiniz makyaj vasitələrini çantanızdan çıxarın və çantanızı hər zaman istifadə üçün təmiz saxlayın.



Maqqaşdan çox istifadə etməyin

Maqqaşdan çox istifadə edənlər yaşlı görünə bilərlər və bu səbəbdən ehtiyac olmadığı müddətcə qaşlarınıza maqqaş vurmayın. Bu da sizə zaman qazandıracaq.



Dırnaq boyası

Solğun rənglər seçin. Dırnaq boyasını sürtəndən sonra fen və ya asta axan suya tutaraq tez quruda bilərsiniz.



Qalıcı makyaj

İlk addımda üzünüzü pilinq və ya üz təmizləyici ilə silin. Daha sonra nəmləndirici çəkin. Beləliklə, üzünüz həm nəmli, həm də makyajınız qalıcı olar.



Farfor makyaj görüntüsü əldə etmək üçün

Makyajınızın tam olmasını istəyirsinizsə, tonel krem istifadə edə bilərsiniz. Dərinizə uyğun tonel krem seçdikdən sonra bronz tonlarında seçilən ənlik düzgün seçim olar. Əgər dərinizin rəngi bronzdursa, tonal krem yerinə bronz pudra ilə makyajınızı tamamlaya bilərsiniz. Təbii görünmək istəyirsinizə, yanaqlarınıza çox az vazelin yağı sürtərək dodaq boyanızdan yanaqlarınıza sürtə bilərsiniz.



Göz makyajınızla cəlb edici görünüş əldə edin.

Vaxtınız az olsa belə gözlərinizə layner sürtmədən çölə çıxmayın. Qəhvərəngi layner, kirpiklərinizə qəhvə rəngində tuş vuraraq gözlərinizi ön plana çıxara bilərsiniz. Daha cəlb edici görünmək istəyirsinizsə, fəslə uyğun ten istifadə edə bilərsiniz.



Makyaj edərkən qaşlarınıza fikir verin

Qaşlarınızda boşluqlar varsa, qaş qələmi ilə qaşlarınızdaki boşluqları doldurun. Beləliklə, çəkdiyiniz layner ön plana çıxacaq. Ən sonda fırça ilə qaşlarınızı darayın.



Makyajda cəlbedici dodaqlar

Üzünüzdə gözlərinizdən sonra ən çox cəlbedən nahiyə dodaqlarınızdır. Normal günlərdə dodaqlarınızın nəmlənməsi və qidalanması üçün vazelin istifadə edə bilərsiniz. Daimi istifadə etdikdə dodaqlarınız daha dolğun görünəcək. Makyajınıza uyğun olan, ancaq solğun rənglər olmayan dodaq boyası seçib, üzərinə parladıcı vuraraq makyajınızı tamamlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!