Ev şəraitində əl dərisinə qulluq

Ev şəraitində əl dərisinə qulluq
Makiyaj, Manikür, Pedikür
10.09.2017 12
Əgər siz cavanlığınızı və gözəlliyinizi uzun müddət saxlamağı arzu edirsinizsə, bu zaman yalnız üzünüzün gözəlliyinə deyil, özünüzə kompleks şəkildə qulluq etmək lazımdır. Əllərimizin dərisi də xüsusi qulluğa ehtiyac duyur.



Bizim əllərimiz uzun müddət hərəkətdə olur və bu zaman müxtəlif zərərli maddələrin və təcavüzkar mühitin təsirinə məruz qalır. Amma əl dərisinin qocalmasının səbəbi yalnız bu deyil.



Çox vaxt məşhurların rəsmlərinə baxaraq biz fikir veririk ki, bəzi ulduzların üzü kifayət qədər gənc görünsə də, əlləri onların yaşlarını biruzə verir. Bəs bu niyə belə olur? Axı ulduzlar qab yumur, təmizlik işləri ilə məşğul olmur və daim manikür edirlər.



Məsələ ondadır ki, məşhur qadınlar adi qadınlar kimi tənbəldir. Müğənni və ya aktrisa öz fəaliyyətində birinci ola bilər, lakin qalan məsələlərdə o tamamilə adi bir adamdır ki, ona da zərərli vərdişlər və tənbəllik məxsusdur.

Buna görə ulduzlar baxmayaraq ki, qulluq üçün bütün imkanlara malikdir, onlardan hər zaman istifadə etmirlər.



Biz sizə ev şəraitində əl dərisinə qulluq üçün sadə və əlçatan metodları təqdim edirik.

Hər gün səhər və axşam əllərinizə krem çəkin. Günün bir vaxtı qoruyucu krem, başqa vaxtı cavanlaşdırıcı krem daha uyğun gələcək. Bundan başqa, gündən qoruyucu kremlərdən də istifadə etməyi unutmayın.

Həftədə iki dəfə əllərin dərisinin pillinqini edin. Bunun üçün ya əllər üçün hazır skrab, ya dəniz duzu, ya da ki, suda isladılmış yulaf lopaları uyğun gələcək.deniz-duzu

Dəniz duzu əsasında skrab hazırlamaq üçün elektrik dəyirmanında dəniz duzunu və naringinin (və ya digər sitrus meyvələrinin) quru qabıqlarını üyüdün. Alınmış qarışığa 2-3 damcı limon efir yağından əlavə etmək olar – bu dırnaqları ağardır, bərkidir və dırnağın səthini hamarlaşdırır. Skrabdan sonra əlinizə qidalı krem çəkin. Skrabdan başqa, dəniz duzu sizin dırnaqlarınıza da faydalı olacaq, çünki onun tərkibində dırnaqlara lazım olan bir çox mikroelementlər var.

Əllərin masajı. Dəri o səbəbdən qocalır ki, o lazımlı qidalanmanı və qulluğu almır. Bunun üçün sadəcə kremdən istifadə yetmir! Buna görə krem çəkərkən əlinizi yaxşıca masaj edin və hər bir barmağınıza diqqət ayırın.

Əl dərisinə qulluq üçün soyuq və isti sudan ibarət kontrast vannalar kömək edə bilər. Soyuq sudan hazırlanmış məhlula dəniz duzu, isti suya isə evkalipt, berqamot və ya limonun efir yağlarından əlavə edə bilərsiniz. Nəticədə əl dərisi dartılır və canlanır.

Əgər belə sadə üsullar ilə əllərinizə daim qulluq etsəniz, onlar həmişə daha cavan görünəcəklər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!