Manikürünüzü özünüz edin

Manikürünüzü özünüz edin
Makiyaj, Manikür, Pedikür
10.09.2017 31
Dırnaqlarınızın qısa və ya uzun olması heç bir fərq etməz. Kiçik məlumatlar ilə evdə edəcəyiniz baxımla hər halda daha gözəl dırnaqlara sahib ola bilərsiniz.



Qadınların gözəlliklərini tamamlayan bir başqa nöqtə də baxımlı əllərdir. Əllərinizin hər vaxt "yeni manikür edilmiş kimi” görünməsi üçün sizə bir neçə məsləhət!



Əllərinizi yuyun və qurulayın.

Dırnaqlarınızı asdaca pilkalayın. Dırnaqlarınızı zəiflədə biləcəyindən, dırnaq künclərinizi pilkalamaqdan çəkinin.

Dırnaqlarınızı şəkilləndirməyə başlayın. İstifadə edilən ən məşhur şəkil ovaldır, amma siz əlinizə və barmaq şəklinizə ən uyğun olanını şeçin.

Nə qədər yaxşı etdiyinizi görmək üçün nəzarət edin. Dırnaqlarınızı köhnə bir kapron corab üzərindən gəzdirin. Dırnaqlarınızın coraba ilişməməsi lazımdır.

Dırnaqlarınızın ətrafındakı dəriyə yumşaldıcı tətbiq edin və bir neçə dəqiqə gözləyin.

Əllərinizi bir qab isti suda saxlayın və bir neçə dəqiqə daha gözləyərək yaxşıca islanmalarını təmin edin.

Dırnaq ətrafınızdakı ölü dəriləri yüngülcə geriyə itələyin. Bu sizə ağrı verməməlidir.

Əl losyonu tətbiq edin və bir əlinizin baş barmağı ilə digər əlinizin ovuc içinə masaj etməyə başlayın. Bu qan dövranınızı sürətləndiriəcək.

Dırnaqlarınız laklanmazdan əvvəl təmizlənmiş olmalıdır. Asetonlu pambıq ilə bütün dırnaq səthini ovun. Sürüşkən bir qalıq olub olmadığına nəzarət edin. Heç bir şey qalmadığında, dırnaqlarınız lak üçün hazırdır deməkdir.

Rəng zamanı! Fırçanın üzərinə kiçik bir miqdar lak alın və dırnağınızın ortasından başlayaraq boyayın.. Dırnaq, üç boyanmada tam hazır olmalıdır. İkinci qatı sürtməzdən əvvəl bir neçə dəqiqə gözləyin.

Lak hazır olana qədər gözləyin (toxununca quru olmalıdır) sonra ikinci qatı sürtün. Manikürünüzə həyat verəcəyi kimi dırnaqlarınızı da qoruyacağından, bu addımı atmağı unudamayın.

İşinizi bitirdikdən sonra manikür dəstinizi spirt ilə təmizləyin və qurudun, bir sonrakı manikür üçün uyğun bir yerdə saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!