Krujevalı manikür

Krujevalı manikür
Makiyaj, Manikür, Pedikür
10.09.2017 12
Krujevalı dırnaq dizaynı kifayət qədər asandır. Bu üsul əsasən akril və ya gel vasitəsi ilə qaynaq olunmuş dırnaqlar üçün ideal variantdır. Qaynaqdan sonra dırnağın müəyyən bir hissəsinə krujevalı parçadan kəsilmiş bir element qoyulur, və üstündən xüsusi lak çəkilir. Dırnaqların gözəl görünməsi üçün, dırnağın bütün səthini bəzəmək lazım deyil. Əsasən tünd rənglərdə olan krujevayla fransız maniküru gözəl görünür.



Dırnaqların dizaynı üçün klassik krujeva ilə yanaşı həm də müxtəlif şablon naxışlardan da istifadə olunur. Birinci variantda parçadan krujevalı bir hissə kəsilir və o bir rəngdə olan sadə manikürun üzərinə yapışdırılır. Kley quruduqdan sonra, dırnağın üzərinə adi şəffaf lak çəkilir.



Həmçinin siz, geniş seçimdə olan xüsusi applikasiyalardan da istifadə edə bilərsiniz. Beləliklə, siz manikürunuzun dizaynına az vaxt sərf edəcəksiniz. Amma qeyd edək ki, belə dizaynın ömrü az olur.



Dırnaq dizaynı zamanı, krujeva effektini trafaretdən və ya adi rəngli lakdan istifadə etməklə yaratmaq olar. Bu variant daha çox vaxtınızı aparacaq və bu zaman səliqəli və diqqətli olmalısınız ki, gözəl nəticə əldə edə biləsiniz.Dırnaqlar

Krujevalı manikürun rəng çalarları müxtəlif ola bilər. Klassik variant – ağ və qara rəngdə olan krujevadır, amma rəngli laklardan və ya boyadan istifadə edib, ən inanılmaz çalarlara da nail ola bilərsiniz. Belə manikür edərkən nəzərə alın ki, manikürun rəngləri sizin geyiminizə uyğun olsun.dirnaq



Siz krujevalı maniküru rəngsiz də edə bilərsiniz. Bunun üçün dırnaqları seçilmiş çalarda lakla boyayın və lak tamamilə qurumamış, krujevalı parçanı dırnağın üstünə yapışdırın və səliqəli formada dırnağın üzərindən çıxardın.

Əgər siz belə bir maniküru xüsusi tədbir və ya bayram üçün edirsinizsə, bu zaman siz maniküra xırda qaşlar da əlavə edə bilərsiniz. Bu halda əsas odur ki, manikür istifadə olunan dekorativ detallarla və rəng çalarları ilə çox qabarıq görünməsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!