Gözəllik və zəriflik qadının əllərindən başlayır

Gözəllik və zəriflik qadının əllərindən başlayır
Makiyaj, Manikür, Pedikür
10.09.2017 16
Qadının səliqəli dırnaqları – onun vizit kartıdır. Bu günümüzdə dekorativ kosmetikanın, qulluq vasitələrinin və dizayn elementlərinin zəngin çeşidi istənilən qadına gözəl dırnaqlara sahib olmağa imkan yaradır.



Dırnaqlara qulluq – müntəzəmliyi tələb edən çoxpilləli prosedurdur. Bu prosedurların bir hissəsini ev şəraitində həyata keçirmək olar, qalan hissəsini isə gözəllik salonları və studiyalarının peşəkarlarına etibar etmək olar.dirnaq Dırnaqlar üçün qulluq düzgün qidalanmadan başlayır. Dırnaqlar vitaminlərə, xüsusən də A, B, D, E vitaminlərinə ehtiyac duyur. Bunun üçün hazır vitamin komplekslərindən istifadə etmək olar. Dırnaqların sağlam olması üçün kalsium və C vitamini çox önəmlidir. C vitaminin çatışmazlığı zamanı adi limondan da istifadə etmək olar. Bunun üçün dırnaqları limonun yarısının içinə salıb bir neçə dəqiqə gözləmək lazımdır. Bundan başqa, dəniz duzu və ya zeytun yağıyla hazırlanmış xüsusi qulluq maskalarından da istifadə etmək olar.dirnaqlar Praktiki olaraq, hər bir qadın dırnaqların tez sınması problemi ilə rastlaşır. Bu zaman tərkibində müalicəvi yağlar olan xüsusi kosmetik vasitələrdən istifadə etmək lazımdır. Belə bərpaedici vasitələrdən həm problemin yaranması vaxtı, həm də adi profilaktik məqsədlərlə istifadə etmək olar.



Manikür həmçinin dırnaqlara qulluq üsullarına aiddir. Onu yalnız təcrübəli ustaların yanında və daimi olaraq etmək lazımdır. Dırnaqlar üçün Shellac maniküründan istifadə etmək məsləhətdir. Bu manikürün bir çox üstünlükləri var, belə ki o dırnaqları bərkidir, mexaniki zədələrə davamlıdır, çatlamır və dırnaqlarda gözəl görsənir.Dırnaqlar Gün ərzində həm də lakdan istifadə etmədən dırnaqlara bir balaca istirahət vermək çox əhəmiyyətlidir. Bu vaxt ərzində dırnaqlar üçün xüsusi maskalardan istifadə etmək olar, həmçinin dırnaq kutikulasını müalicə etmək olar. Dırnaqlara qulluq zamanı xüsusi kosmetik əlcəklərdən istifadə çox effektivdir. Qidalı və ya bərpa edici kremi dəriyə və dırnaqlara çəkdikdən sonra bir neçə saat ərzində əlcəklər geyinilir. Belə proseduru gecə yatarkən həyata keçirmək daha yaxşıdır. Dırnaqlara qulluq – zəhmət və vaxt tələb edən prosedur olsada, çox gözəl nəticə verəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!