Qadınların işini asanlaşdıran sprey dırnaq boyası

Qadınların işini asanlaşdıran sprey dırnaq boyası
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
Səliqəli,
manikürlü dırnaqlar hər xanımı səliqəli və gözəl göstərir. Lakin çox
vaxt dırnaq boyası çəkmək əsl işgəncəyə çevrilir. Belə ki, onu səliqəli
çəkmək bir, azı  5 dəqiqə hərəkətsiz qalaraq qurumağını gözləmək ayrı
dərdə çevrilir.

 

Ancaq
texnika inkişaf etdikcə, qadınların işi də asanlaşır. Belə ki, "Nails
Inc.” adlı firma sprey dırnaq boyası istehsal edib. Şirkət həmin
məhsulunun qadınların həyatını dəyişəcəyini, onlara gündə ən azı 15-20
dəqiqə vaxt qazandıracağını iddia edir.

 

Təqdim
edilən "Paint Can” adlı məhsulla tanışlıqdan sonra onlara haqq
verəcəksiniz. Bunun üçün sadəcə, "Paint Can”i dırnaqlara tərəf sıxmaq
lazımdır. Təbii ki, bu zaman əlinizin dərisi də boyanacaq, ancaq narahat
olmağa dəyməz. Çünki iyirmi saniyə sonra əllərinizi yuduqda,
dərinizdəki  boyadan heç bir əsər-əlamət qalmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!