40 yaşından sonra belə makiyaj edin

40 yaşından sonra belə makiyaj edin
Makiyaj, Manikür, Pedikür
10.09.2017 61
40 yaşını keçən gözəl qadınlar makiyajda daha diqqətli olmalıdır.

 

40
yaşdan sonra makiyajda əsas vəzifə gənc effekti almaqdır. Xırda
qırışlar və qüsurları örtmək üçün üzü tonal krem vasitəsi ilə korreksiya
etmək lazımdır. Lakin tonal kremin qalın görünməməsi üçün əvvəlcə
yüngül nəmləndirici çəkərək onun dəriyə tam hopmasını gözləyin. Bundan
sonra dəri tonu ilə məşğul olmağa başlayın. Onu da unutmayın ki, üzü
tonal kremlə doldurmaq yaxşı fikir deyil. Yaxşı olardı ki, 40 yaşından
sonra xanımlar BB və ya CC tərkibli tonal kremlərdən istifadə etsinlər.

 

Fırçadan
istifadə etmək də düzgün deyil, kremi barmaqların köməyi ilə nazik
təbəqə şəklində yaymaq daha asan olacaq. Gözlərin ətrafına yüngül
parıltı effekti verən konsiler çəkin. Eyni zamanda, teksturasının ağır
olmamasına diqqət edin. Konsilerin dodaqların üst hissəsinə çəkməyi
unutmayın. Bu vasitə piqment ləkələri inanılmaz şəkildə örtür.

 

Göz
makiyajı üçün təbii çalarlı göz kölgələrindən: qəhvəyi, şokolad, şampan
və bürünc rənglərdən istifadə edin. Gözün künc hissəsini isə açıq
rəngli göz kölgələrinin köməyi vurğulayın. Göz kölgələrinin krem
halında, həm də zərsiz olmasına mütləq fikir verin, çünki onlar dəridə
daha təbii görünürlər. Zərli göz kölgələri isə qırışları daha
nəzərəçarpan edir.

 

Makiyaj
ustaları hesab edir ki, yaşı 40-ı haqlayan qadınlar qara göz qələmini
qəhvəyi ilə əvəz etsin. Lakin göz qapaqlarını qəhvəyi göz kölgələri ilə
vurğulamaq ən yaxşı variantdır.

 

Üzü
vizual olaraq uzun göstərmək üçün almacıq sümüklərinə, alına, burun
pərdələrinə yüngül hərəkətlə  bronzer çəkin. 40 yaşından yuxarı qadınlar
üçün ən ideal ənlik çəhrayı tonlarıdır. Yeri gəlmişkən, krem və gel
teksturasında olan ənlik istifadə edin. Üzə təravət və gözəllik vermək
üçün "Haylayter”-i yaddan çıxarmayın.

 

Heç kimə sirr deyil ki, yaşlandıqca qaşlar tökülür və seyrəlir. Bu qüsuru örtmək üçün qaşları qələmlə vurğulayın. 

 

Dodaq
makiyajında təbii çalarlardan istifadə etməyə çalışın: qəhvəyi,
çəhrayı, şaftalı. Yasəmən və digər qışqıran rənglərdən  uzaq durun.
Dodaq parıltısı isə ən ideal seçimdir.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!