Fransız manikürü formaları

Fransız manikürü formaları
Makiyaj, Manikür, Pedikür
10.09.2017 54
Öz
gözəlliyinin qeydinə qalan xanımlar hər zaman əllərini diqqətdə
saxlayırlar. Əllər dedikdə ilk ağla gələn dırnaqların gözəl görünüşünün
olmasıdır. Dırnaqlara xüsusi qulluq etmək vacib şərtlərdən biridir. Çox
zaman vitamin çatışmazlıqları və yaxud da daxildə baş verən hansısa
problemlər özünü dırnaqlarınızda göstərir. Odur ki gözəl əllərə və
dırnaqlara sahib olmaq istəyirsinizsə mütləq sağlamlığınıza fikir verin.
Odur ki, gözəl əllərə və dırnaqlara manikürlə və yaxud da kremlərlə
nail olmazdan əvvəl sağlam olmağa çalışmaq lazımdır. Sağlamsınızsa
əlləriniz də gözəl görünəcəkdir. Bu gözəlliyə daha da gözəllik qatmaq
üçün manikür qaydalarından istifadə edə bilərsiniz.



Belə
manikür formalarından biri də fransız manikürü adlanır. Bu manikür
forması fransızlar tərəfindən dırnaqları təmiz göstərmək məqsədilə
düşünülüb.Daha sonralar dəb aləmində öz yerini tutan bu trend bu günə
qədər xanımların diqqətindədir. Xanımlar bu manikür formasından ilk öncə
sadəcə ağ rəngdən istifadə etməklə kifayətlənirdilərsə, zaman keçdikcə
müxtəlif rənglərin sintezindən istifadə etməyə başladılar.



Qadınlar.biz sizə fransız makiyajının evdə edə biləcəyiniz müxtəlif formalarını təqdim edir.



Dırnağın
uc hissəsinə hər hansı bir boya çəkərək qurumasını gözləyin. Quruduqdan
sonra yenidən təkrar edin. Pambıq çöpü təmizləyiciyə batıraraq, boyanı
"aypara" şəkilinə salaraq, silin.



Boş
qalan hissəyə istədiyiniz digər bir rəngli boya çəkin. Bunu ehtiyatla
etmək lazımdır ki, ağ boyanın üzəri bulaşmasın. Və ən sonda, manikürə
quruducu vuraraq tamamlayın. Budur ev şəraitində qeyri adi fransız
manikürü etdiniz.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!