3D makiyajı nədir?

3D makiyajı nədir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 15
Son vaxtlar xanımlar 3D makiyajına maraq göstərməyə başlayıb.

 

3D
makiyajı üz cizgilərini daha təsirli və cəlbedici göstərir. Narahat
olmayın, bunun üçün üzünüzə rəngli göz kölgələri və dodaq boyaları
çəkməyə ehtiyac yoxdur.

 

Bu makiyajda strobinq texnikasından istifadə edilir.

 

Amma
3 D makiyajı yalnız bir texnikayla məhdudlaşmır. Bütün cizgiləri
vurğulamaq üçün kosmetika çantanızdakı bütün məhsullardan istifadə etmək
lazım olacaq.

 

Tünd
rəngli  kirşan: Ənlik və ya tünd rəngli kirşanı (dəri rəngindən 2 ton
tünd olmalıdır) alına - saçın dib hissəsinə çəkin. Daha sonra almacıq
sümüklərini tünd kirşanla vurğulayın. Əgər burnunuzu kifayət qədər böyük
hesab edirsinizsə, o zaman kirşanı burun pərdələrinə də çəkin.

 

Göz
ətrafının parıldaması üçün haylayter çəkin. Onu, həmçinin, alnın və
çənənin ortalarına, burun sümüyünün yuxarı hissəsinə çəkin.

 

3
D makiyaj texnikasında dodaqları tünd dodaq boyalarının köməyilə vizual
olaraq böyük göstərmək olar. Bunun üçün sizə iki çalarlı boya, həmçinin
dodaq qələmi lazım olacaq. Dodaqları əvvəlcə kontur qələm vasitəsilə
haşiyəyə alın. Daha sonra onun içini tünd rənglə boyayın. Dodaqların
mərkəzinə isə açıq rəngli dodaq boyası çəkin.

 

3
D makiyajı klassik göz makiyajından, demək olar ki, fərqlənmir. Burada
əsas diqqət kirpiklərə verilir. Ona görə də, kirpiklərə həcmləndirən tuş
seçin. Əgər axşam dəvətə gedirsinizsə, taxma kirpik də qoya bilərsiniz.

 

3
D makiyajında düz xətt şəklində çəkilmiş qaşlar darıxdırıcı hesab
olunur. Onlar mümkün qədər həcmli və qalın olmalıdır. Daha dəqiq desək,
təbii görünməlidir. Daha sonra qaşların altına da açıq rəngli göz
kölgəsi çəkin.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!