Makiyajınızın qalıcı olmasını istəyirsinizsə bunları edin

Makiyajınızın qalıcı olmasını istəyirsinizsə bunları edin
Makiyaj, Manikür, Pedikür
10.09.2017 15
Dərinizi təmizləyin və nəmləndirin.

Gözəl və uzun müddətli
makiyajın ilk addımı dərinin təmiz və nəmli olmasıdır.Təmiz və nəmləndirilmiş
dəri, makiyajı çox yaxşı hopdurur, makiyaja asanlıqla və homogen şəkildə
adaptasiya olar. Nəmləndiricinin makiyaja qarşı ən yaxşı müttəfiq olduğunu
unutmayın!Bəzən makiyaj üçün dərimizi təmizləməyi və nəmləndirməyi unuduruq.
Amma dərimizin ən böyük düşməni budur əslində…



Tonal krem:

İkinci addım tonal
kremin tətbiqi. Nəmləndiricidən 10 dəqiqə sonra kremi çəkin.Tonik; kiçik
qüsurları örtər, dərini düzləşdirər və makiyajın yapışma müddətini
artırar.Zaman keçdikcə tonik dəridə buxarlaşmasını maneə törətmək üçün üzərinə
yüngülcə toz pudra tətbiq edin. Beləcə toniki sabitləmiş olarsınız. Həmçinin
yağsız fondötenler dəridə daha uzun müddət qalirlar.Tonal kremin qalıcı olması
üçün, çəkdikdən bir neçə dəqiqə sonra yüngül nəmli əllərinizlə dərinizə
yumşaqca basdıraraq kompres edin.Bu yolla məsamələrin içinə girər və dəriyə
yaxşıca nüfuz edər.Makiyaj sirlərindən biri də budur… 



Kirşan (pudra) :

Pudradan istifadə edin.
Bu, makiyajın müqavimətini artırar…Fırçayla çəkin. Üz makiyajınız qurtardı. Bu
şəkildə bir tətbiq ilə dərinizdəki makiyaj saatlar boyu eyni təzəlikdə
qalır.Daha sonra göz makiyajına keçin



Eyeliner:

Qadınlar cazibədar bir
görünüş üçün ən çox gözlərini istifadə edərlər. Cazibedar bir göz makiyajı, bir
göz qələmi və ya bir liner istifadə edərək əldə edilə bilər. Ancaq, bu ikisi
arasında seçim edərkən, eyelinerin qələmdən dörd qat daha dayanıqlı olduğunu
bilməlisiniz. Liner tətbiqdən əvvəl göz qapaqlarınızın üzərinə əsas olaraq
pudra çəkin. Beləcə tətbiq əsnasında dağılma və yayılmaların qarşısın ala
bilərsiniz.Gündüz üçün incə, gecə üçün quyruqlu qalın bir xətt edə bilərsiniz.
Qalın xəttlər dramatik baxışlar yaradar. 



Tuş:

Axan bir tuş hər şeyi
bərbad edə bilər.Kirpikləri uzadan, bir az da həcm verən bir tuş kifayətdir.
Kirpiklərə həcm verən tuş kirpiklərdə ağırlıq yarada bilər, uzadan tuş isə
kirpiklərinizə daha təbii bir görünüş verər.



Dodaq boyası:

Çox yaxşı bir dodaq
boyanız var amma çəkdikdən qısa müddət sonra rəngi gedir. Nə etməli?Əvvəlcə
dodaqlarınız hər vaxt hamar olmalı. Buna görə dodaqlarınızı nəmsiz buraxmayın, qurumalarına
icazə verməyin. Üstü çat-çat dodaqlarda heç bir boya qalıcı ola
bilməz.Dodaqlarınızı nəmləndirdikdən dərhal sonra boyanı çəkdikdə yenə rəngi
gedər. Dodaqlar kremi yaxşıca mənimsəməlidir. Sonra isə boya xüsusi dodaq
fırçasıyla çəkin. Üstünə də eyni rəngdə parladıcı çəkinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!