Koreyalı xanımlardan dodaq dəbi

Koreyalı xanımlardan dodaq dəbi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 10
İndiki vaxtda gözəllik anlayışı gün keçdikcə dəyişir. Hər gün yeni gözəllik trendləri yaranır. Bunlardan ən məşhuru ombre dodaqlardır.Ombre dodaqlar gələn ilin ən populyar makiyaj trendlərindən biri olmağa iddialıdır.

 

 ombre
makiyajını dəbə koreyalı qızlar gətirib. Bu effekt avropalı qızlarla
yanaşı, vizajistlərin də xoşuna gəlib. Ona görə də, bu makiyaj
texnikasını tətbiq etmək qərarına gəliblər. Dizaynerlərin payız-qış
kolleksiyalarının nümayişində də ombre makiyaj texnikası nəzərə çarpıb.
Əlbəttə, bu texnika ofis və gündəlik  makiyaj üçün yaramasa da, bayram
axşamları və ya romantik görüşlər üçün əvəzsizdir.  

 

Bəs qadınlara xüsusi cazibədarlıq bəxş edən ombre dodaq makiyajınınecə etmək lazımdır?

 

Əvvəlcə, şəkər tozu və balı qarışdıraraq dodaqlarınıza pilinq
edin. Bu, dodağı ölü hüceyrələrdən təmizləyərək dodaq boyasının daha
yaxşı qalmasına kömək edəcək. Dodaqları nəmləndirmək üçün rəngsiz dodaq
kremi çəkin.

 

Hansı
rəng dodaq boyası çəkəcəyinizə qərar verin və  həmin rəngdən iki ton
tünd olan qələmlə dodaqları haşiyəyə alın. Məsələn, əgər dodaq boyanız
çəhrayı rəngdədirsə, dodaq qələmi tünd çəhrayı olmalıdır. Yaxud qırmızı
rəng dodaq boyası seçmisinizsə, onda zoğalı rəngli dodaq qələmindən
istifadə etməlisiniz. Daha sonra dodaq boyası ilə dodağınızı, iç
tərəfləri istisna olmaqla, boyayın. Sonra daha açıq
rəngli boyanı dodaqlarınızın iç tərəfinə çəkin. Dodaqlarınızı sıxın və
yarım saniyə bu vəziyyətdə qalın. Dodaqlarda
parıltını sevirsinizsə, sonda rəngsiz parıldadıcı da çəkə bilərsiniz.
Artıq mükəmməl dodaqlara sahibsiniz. Dodaqlarınızı bu şəkildə boyayanda
 göz makiyajının sadə olmasına diqqət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!