Yenə sürmə çəkmisən evlər yıxan gözünə...

Yenə sürmə çəkmisən evlər yıxan gözünə...
Makiyaj, Manikür, Pedikür
10.09.2017 47
Gözləri vurğulayan oxlar həmişə dəbdədir və istənilən xanıma çox yaraşır. Amma gözəllik ustaları bayram axşamı daha maraqlı bir şey etmək istəyən xanımlar üçün rəngli göz qələmləri, sürmə və laynerlər təklif edir. Parıltını sevən xanımlar isə zərli laynerlər seçə bilər.

 

Tünd-yaşıl
və ya zümrüd rəngli layner baxışlarınızı son dərəcə təsirli  edəcək. Bu
variant xüsusilə yaşıl və boz gözlərə sahib olanlara daha gözəl
yaraşacaq.  

 

Bənövşəyi layner də gözlərdə orijinal və eyni zamanda zərif görünür. Bu
rəngli laynerin fonunda açıq-çəhrayı göz kölgələri təkrarolunmaz ahəng
yaradır. Nəticədə, bənövşəyi ilə çəhrayı rəng birləşərək gözlərdə daha
dərin və dolğun görünəcək.

 

Qızılı
və ya gümüşü layneri Yeni il gecəsində çəkməyib, başqa nə vaxt
çəkəcəksiniz? Bu makiyajı etmək çox sadədir. Bunun üçün qara göz
qələmini və ya layneri hər zaman olduğu kimi çəkin. Qara layner
quruduqdan sonra oxların sonuna zərli layner əlavə edin. Beləliklə,
qlam-rok üslubunda obrazınız hazırdır.

 

Mavi
və ya çəhrayı laynerlər isə ən cəsarətli xanımların ürəyincə olacaq.
Əgər çəhrayı layneri nazik şəkildə çəksəniz, onlar qrafik təsir
bağışlayacaq. Nəzərə almaq lazımdır ki, bu cür makiyaj daha çox
qarasaçlı alagöz xanımlar üçün uyğundur. Qonurgözlü xanımlara isə göy və
mavi rəngli layner tövsiyə olunur.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!