Yeni il gecəsi qırmızı dodaq boyası ilə parıldayın

Yeni il gecəsi qırmızı dodaq boyası ilə parıldayın
Makiyaj, Manikür, Pedikür
10.09.2017 14
Bütün modapərəstlər yaxşı bilir ki, Yeni il obrazı üçün geyimdə vəmakiyajda ən effektli rəng qırmızıdır!

 

Dəb
mütəxəssisləri Yeni il gecəsi üçün xanımlara klassik qırmızı və zoğalı
dodaq boyasını tövsiyə edir. Qaranlıq gecədə heç bir rəng dodaqları
qırmızı qədər gözəl göstərmək gücünə malik deyil. Yeri gəlmişkən, qeyd
edək ki, qırmızı dodaq boyası kişilərin diqqətini cəlb etmək üçün ən
düzgün vasitədir. Lakin qırmızı dodaq boyasının da öz qanunları var.

 

Məsələn,
qırmızı dodaq boyası çəkməzdən əvvəl dəri tonunun qeydinə qalın.
Qızartı, yaxud sızanaq varsa, makiyaj ikinci planda qalacaq. Üstəlik,
qırmızı dodaq boyası rəqabətə dözmür. Siz dodaqlarınızı qırmızı dodaq
boyası ilə vurğulamağa qərar vermisinizsə, qalan bütün makiyajı sadə,
neytral tonlarda etməlisiniz. Yüngül çəhrayı ənlik obraza təravət
verəcək. Qəhvəyi tonları başqa makiyaj üçün saxlayın.

 

Qırmızı
və onun çalarlarının digər bir şərti də dodaqların eyni tonda
olmasıdır. Daha doğrusu, boyanın dodaqların hər tərəfinə bərabər
paylamaqdır. Bundan əlavə, dəri, saç və göz rəngini nəzərə almaq
lazımdır.

 

Makiyajdan
əvvəl dodaqları balzamla nəmləndirin. Dodaqlarınızı qidanlandırın və
balzamın hopmasını gözləyin. Dodaqlara azca kirşan çəkin. Dodaq boyası
ilə eyni, yaxud bir ton tünd dodaq qələmi seçin. Tündrəngli dodaq
qələminin dodaqları daha həcmli göstərdiyini unutmayın. Sadəcə, qələmin
ucu yaxşı itilənməlidir. Dodağın üst hissələrindən başlayın. Kənarlardan
mərkəzə tərəf gedin. Qələmi perpendilkulyar vəziyyətdə tutun. Bundan
sonra dodaqları rəngləmək olar.

 

Dodaq
boyasını çəkdikdən sonra dodaqlarınızı salfetə yapışdırın. Bundan sonra
dodaqlara azca kirşan çəkin və yenidən rəngləyin. İkinci qat dodaq
boyasının qalıcı olmasını təmin edəcək.

 

Qırmızı və zoğalı dodaq boyasını necə çəkməyi ulduzlardan öyrənək!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!