Təbii üsulla makiyaj təmizləməyin yolları

Təbii üsulla makiyaj təmizləməyin yolları
Makiyaj, Manikür, Pedikür
10.09.2017 11
Davamlı olaraq makiyaj edən xanımların ən böyük problemlərindən biri
bahalı olan makiyaj təmizləmə məhsullarıdır. Halbuki bu məhsullara görə
çox pul xərcələməyinizə ehtiyac yoxdur. Makiyaj təmizləmə məhsullarını
özünüz evdə hazırlaya bilərsiniz. Evdə edə biləcəyiniz bitki mənşəli
qarışıqlar ilə makiyajınızı qırıntılar buraxmadan və təbii üsullar ilə
təmizləmə imkanınız var. Kosmetik makiyaj təmizləmə məhsullarının
hamısında kimyəvi maddələr tapılar. Bu maddələrin bir qismi zaman zaman
keçdikcə dəriyə zərər verir. Dərinin yaşlanmaması, bütün çirkdən
təmizlənməsi, nizamlı bir şəkildə hava alması üçün gündəlik olaraq
təmizlənməsi və məsamələrin möhkəmləndirilməsi lazımdır. Dəri
gün boyu edilən makiyajın təsiri ilə xarici aləmdə olan mikrob və
bakteriyalar ilə mubarizə aparmış və havasız qalmışdır. Bunun üçün də
dinləndirmə və təmizləmə texnikalarının tətbiq olunması lazımdır.  



Makiyajınızı təmizləmədən yatmayın

Dərinin
təmizliyi üçün ilk qayda makiyaj təmizliyi edilmədən yatılmamalıdır.
Çünki dəriyə edilən makiyaj ilə bütün məsamələr bağlanmış və havasız
qalmış olur. Bir də axşam yatarkən makiyaj təmizlənməsə sızanaq ilə
əlaqəli problemlər ortaya çıxar. Bu tərz dəri problemlərinin yaşanmaması
üçün gündəlik olaraq edilən makiyajın təmizlənməsi şərtdir.

 

Bitki mənşəli qarışım ilə təmizlik

Davamlı
makiyaj edənlər makiyaj vasitələrinin kimyəvi olduğunu bilir. Bu
vasitələr kimyəvi tərkibli olduğu üçün kirpiklərimizi və üzümüzü olduqca
düzgün bir şəkildə təmizləməyimiz lazımdır. Kirpiklərin tuşu təmizlənmədən
yatılarsa səhər tökülmüş kirpiklərlə qarşılaşa bilərsiz. Kirpiklərinizi
tez-tez pambığa batırılmış badam yağı ilə silin. Dəri təmizliyi
üç&uuuuml;n 1 ədəd xiyarı rəndələyib təxminən 500 qr süd ilə
qarışdırıb bişirin. Bişən qarışığı süzgəcdən keçirin və içinə 1 çay
qaşığı badam yağı əlavə edin. Hazırlamış olduğunuz bu qarışıq ilə hər
gün dərinizdə olan makiyajı silin. Bu qarışığı soyuducuda uzun müddət
saxlaya bilərsiniz. Digər bitki mənşəli və hər kəsin istifadə edə
biləcəyi bir qarışım isə; 4 çay qaşığı gili, 4 çay qaşığı yulafı və 2
çay qaşığı lavandanı götürün. Yulafı və lavandanı toz halına gələnə
qədər qarışdırın. Bu qarışığın içinə gili əlavə edin və hava
buraxmayacaq şüşə bir qabın içində saxlayın. İstifadə edəcəyiniz zaman 1
çay qaşığı qədər götürdüyünüz qarışımı az bir su ilə qarışdırın və
dərinizə tətbiq edin. Daha sonra dərinizi soyuq su ilə təmizləyin. Gündə
iki dəfə bu qarışımı istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!