Dodaq boyası haqqında 10 maraqlı məlumat

Dodaq boyası haqqında 10 maraqlı məlumat
Makiyaj, Manikür, Pedikür
10.09.2017 84
Dodağımızın daha cəlbedici, həcimli və gözəl görünməsi üçün müxtəlif
rəngdə dodaq boyasından istifadə edirik. Bəs görəsən qadınların daha çox
istifadə etdikləri və əl çantasında daşıdıqları bu dodaq boyasını kim
ixtira edib və ilk dəfə kimlər istifadə edib?
Dodaq boyası haqqında 10 qəribə və maraqlı məlumat :

 

1.  İlk dodaq boyaları

Qadınların dodaq boyasından istifadə etməsi Misir dövrünə gedib
çıxır. Qədim zamanlarda qadınlar boya olaraq rəngli maddələr, gilas və
digər meyvələrdən istifadə edirdilər.  Afrikada və Avropada tapılan qaya
rəsimlərində qadınların dodaq boyasından istifadə etdikləri məlum oldu.
Antik Misirdə təbii piqmentlərlə heyvan yağları qarışdırılıb dodaq
boyası hazırlanırdı. Ancaq bu pas iyləndiyindən yararsız idi. Bu
qarışığa xoş iy vermək üçün müxyəlif xoşiyli maddələr əlavə olundu.
Arxeoloqlar bu qalıntıları Misirin zəngin qadınlarının məzarından
tapıblar. Tapılan yazılarda qadınların süsən çiçəyi və digər xoşiyli
çiçəklərin suyundan istifadə edildiyi yazılır. Bu təbii su qanı dodağa
yığar və uzun bir müddət dodaqlar canlı və rəngli görünərdi. Bu dövrdə
xına sadəcə saçı deyil, həmçinin digər üzvləri rəngləmək üçün də
istifadə edilirdi.

 

Qədim zamanlarda Yaponiyanın soylu qadınlarının çox makiyajla çölə
çıxmasına icazə verməzdilər. Adlı-sanlı xanımlar makiyajlarında ağ,
qırmızı və qara rənglərdən istifadə edirdilər. Üzlərinə ağ, dodaqlarına
isə qara və ya qırmızı rəng çəkirdilər.



2.  Böcəklərdən hazırlanan dodaq boyaları

Latın Amerikasında və bəzi cənub ölkələrində boyalar heyvandan alınan
yağlardan hazırlanırdı. Qırmızı böcəkdən də boya hazırlamaq üçün
istifadə olunurdu. Bu böcəklər toplanır, qurudulur, əzilir və toz halına
gətirilirdi. Qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə
edirdilər. Turuncu kili su ilə qarışdırıb dodaqlarına çəkirdilər. Bəzi
tarixi mənbələrdə bu boya qorxulu kimi göstərilirdi. Çünki o vaxtlarda
Rusiyada makiyaj qəribə idi. Bu boyanı qadınların dodağında görən
tacirlər qorxurdular. Qadınlar üzünü ağ, qaşlarını qara, dodaqlarını mor
və ya turuncu rəngə boyayırdılar. Bu qəribə makiyaj 11-ci və
13-cü yüzilliklərdə daha çox istifadə olunurdu. Qadınlar dodaq boyası
olaraq zəncəfildən də istifadə edirdilər. Ancaq bu sağlamlığa ziyan idi.

 

3. Boşanmaya səbəb olan makiyaj

Orta dövrlərdə Papa makiyaj etməyi qadağan etmişdi. 17-ci yüzillikdə
isə makiyaj boşanmağa səbəb olurdu. Evlilikdən əvvəl makiyajla gözəl
görünən qadınları evlikikdən sonra ərləri bəyənmir. Və boşanmaq
istəyirlər. 18-ci yüzillikdə  qadınlarla yanaşı oğlanlarda dodaq
boyasından istifadə edirdilər.

 

4. Dodaq boyası daha tez və asan iş tapmağa kömək edirdi.

Səssiz filmlərdə rol alan qadınlar parlaq boyalardan istifadə
edirdilər.  Dodaq boyası indiki dodaq boyası formasına ilk dəfə 1915-ci
ildə gəlib. Və bir neçə il ərzində gündəlik bir adət halına gəlib.
Elizabet Arden 1930-cu illərdə dodaq boyası çəkən qızlar çəkməyənlərə
nisbətən daha çox və asan iş tapırdılar. Müasir dövrümüzdə də xanımalar
daha çox müxtəlif rəngdə dodaq boyalarından istifadə edirlər.

 

5. Roma qadınları

Qədim Romada aristokrat qadınların hər birinin makiyaj etmək üçün
xüsusi qulluqçusu olurdu. Aristokrat qadınlara hər gün makiyaj etməkdə
kömək edən qulluqçular dodaq boyalarını əvvəlcə özlərinə çəkirdilər.
Tərkibi qurşun, vermilion və digər maddələrin qarışığından olan boyalar
zəhərli ola bilərdi. Buna görə də əvvəlcə qulluqçular çəkir, sonra
aristokrat qadınlar istifadə edirdilər.



6.  Film setlərində qırmızı dodaq boyasına qadağa

Qadınlara "özünüzü sevin və qeydinizə qalın, bir şərab və dodaq
boyası ilə özünüzü sevindirin" deyən  Elizabet Taylor film setlərində
qadınlara qırmızı dodaq boyası çəkmələrini qadağan etmişdir.

 

7. Balıq pullarından hazırlanan parlaq dodaq boyaları

Qırmızı
dodaq boyasını hazırlamaq üçün qədim zamanlarda müxtəlif heyvan
yağlarından, zəhərli maddələrdən istifadə olunurdu. Amma indi müasir
dövrdə bunlardan hazırlanmır. Dodaq boyasının parlaqlığını saxlamaq üçün
hələ də balıq pullardan istifadə olunur.

 

8. Kişiləri cəlb edən dodaq boyaları

Mançestr
Universitetində aparılan araşdırmalara görə kişilər daha çox dodaq
boyası çəkən qadınlara baxır. Ən çox cəlb olunan qırmızı rəng dodaq
boyasıdır 7 saniyə, çəhrayı dodaq boyası 6 saniyə, dodaq boyası
olmayan dodaqlara isə 2 saniyə baxılır.

 

9. Makiyaja xərclənən ən çox pulun miqadarı

Qadınlar
makiyaj ləvazimatlarına daha çox pul xərcləyir. Araşdırmalara görə bir
qadın həyatı boyunca makiyaj ləvazimatlarına 15.000 manat pul xərcləyir.
Dodaq boyalarına isə təxmini 1500 manat pul xərcləyib.



10. Dünyanın ən bahalı dodaq boyası

Dünyanın ən bahalı dodaq boyası Guerlain KissKiss Gold və Diamonds 62.000 dollardır. Bu dodaq boyasının qabı isə 18K  qızıl və 199 ədəd briliyantdan ibarətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!