Taxma kirpiklərdən istifadə olunması və çıxarılması

Taxma kirpiklərdən istifadə olunması və çıxarılması
Makiyaj, Manikür, Pedikür
10.09.2017 16
Kirpikləri seyrək və nazik olan xanımlar taxılma-suni kirpiklərdən
istifadə edə bilərlər. Suni kirpiklər daha cəlbedici görünməyinizə kömək
edəcək.
Taxma kirpiklər 2 cür olur.  Birincisi, bütün kirpik xəttinə
yapışdıra biləcəyiniz taxma kirpik, ikincisi isə yalnız ehtiyac
duyduğunuz bölgələrə maqqaş köməyilə tək-tək yapışdıra biləcəyiniz taxma
kirpiklərdir. Taxma kirpik istifadə edərkən üçün kirpik üçün tuş,
kirpik qıvırıcısı, incə saplı makiyaj fırçası, eyeliner, göz qələmi
lazımdır.



Əgər kirpik xəttinə yapışdıra biləcəyiniz modeli seçsəniz, taxmadan
əvvəl taxma kirpiyi gözlərinizə tutub sizə uyğun olan boyunu nizamlaya
bilərsiniz. Taxma kirpik gözlərinizə görə çox uzundursa, kiçik qayçının
köməyilə artıq olan hissəni kəsə bilərsiniz.

Kirpiyi gözlərə görə nizamladıqdan sonra taxma kirpik qutusunun
içində olan yapışdırıcını sürtüb maqqaşın köməyilə kirpiklərinizə
yerləşdirin. Taxma kirpiyin təbii görünməsini təmin etmək üçün maqqaş
vasitəsilə incə hərəkətlərlə kirpiyi yapışdırın. İncə saplı makiyaj
fırçasının ucuyla taxma kirpiyi aşağı doğru itələyin. Taxma kirpiyin
quruması üçün təxminən 2 dəqiqə gözləyin.



Taxma kirpiyi yapışdırdıqdan sonra göz qapaqlarınızın üzərində
yapışdırıcıdan qalan qara və ya ağ nöqtələr meydana gələcək. Bu görünüşü
ortadan qaldırmaq üçün kirpik diblərinizin üzərinə eyeliner, ya da
g&oouml;z qələmi çəkin.

Taxma kirpik və öz kirpiklərinizin təbii görünməsi üçün kirpik
qıvırıcısının köməyilə kirpiklərinizi qıvırın. Kirpiklərinizə tuş çəkin.

Bir neçə dəfə təkrar etdikdən sonra taxma kirpikdən asanca istifadə
edə biləcəksiniz. Taxma kirpiyinizi çıxarmaq istədiyiniz zaman göz
makiyajını təmizləmək üçün istifadə etdiyiniz kremi pambığın üzərinə
sürtün. 30 saniyə pambığı gözlərinizdə saxlayın. Sonra taxma kirpiyi
ucundan tutaraq çəkin və incə hərəkətlərlə çıxarın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!