Barbi makiyajının ən asan sirrləri

Barbi makiyajının ən asan sirrləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 23
Hər
bir xanım həyatında heç olmasa bir dəfə də olsa gəlinciyə bənzəmək
istəyib. Artıq düzgün və parlaq üz xüsusiyyətlərini "Barbi” makiyajının
köməyi ilə yaratmaq olar!



Makiyaj
üçün biz dərini mükəmməl və bərabər etməliyik. Bunun üçün, tonik və ya
makiyaj südünün köməyi ilə üzünüzü təmizləyin. Korrektorun vasitəsi ilə
dərinizin bütün çatışmazlıqlarını maskalayın, sonra üzünüzə əsas ton
çəkin. Sizdə hamar, gözəl və məxməri dəri alınmalıdır!



Gəilncik makiyajında gözlər əsas olduğu üçün onları xüsusi ifadəli etmək lazımdır!



Göz qələmi və ya layner. Burada
hər iki vasitədən istifadə etmək olar, lakin layner daha yaxşıdır,
çünki o daha parlaq iz qoyur. Layner rəngi gözlərinizin rənginə uyğun
olmalıdır. Üst göz qapağında kipriklərə yaxın şəkildə incə ox çəkin. Bu
üsul baxışı vizual olaraq daha açıq etməyə kömək edir və kirpiklər daha
həcmli görünür.

 

Göz kölgələri. Bu makiyajda göz kölgələrini bir neçə cür istifadə etmək olar:

üst göz qapağına açıq-çəhrayı çalarlı göz kölgəsi çəkin. Qaşların altına soyuq gümüşü və ya başqa açıq çalarlı kölgə çəkin.

üst göz qapağına yasəmənin çalarlı, gözlərin xarici künclərinə isə qara çalarlı göz kolgəsi çəkin.

üst göz qapağına mavi çalarlı göz kölgəsi çəkin. Qaşların altına isə ağ çalarlı.

 

Zər. Baxışa
müəmmalılığı verməyə zər kömək edəcək. Makiyajda biz soyuq çalarlar
istifadə etdiyimiz üçün, zərlər da həmçinin soyuq çalarlarda olmalıdır.
Pambıq çubuğuna bir az zər yığıb onu gözlərin daxili künclərinə
çəkin.barbi

 

Tuş. Yaxşı
olar ki, həcmli tuşdan istifadə edəsiniz. Kipriklərinizi xüsusi
maqqaşla burun və onların daha həcmli görünməsi üçün əvvəlcə onları bir
az pudralayın. Tuş iki qatlı çəkilir. Siz həmçinin qoyma kirpiklərdən də
istifadə edə bilərsiniz. Unutmayın ki, qoyma kirpikləri boyamırlar!

 

Ənlik. Ənlik
saç və dəri rənginə uyğun seçilir. Açıq dərili sarışınlara çəhrayı,
kürən sarışın xanımlara – şaftalı çaları, qarabuğdayı xanımlara isə
bronz çalarlı ənliklər uyğun gələcək.rumyana

 

Parıltı. Bu
makiyajda yaxşı olar ki, dodaq parıltısından istifadə edəsiniz. Bunun
üçün dodaqlarınızı əvvəl bir az kirşanlamaq sonra ton çəkmək lazımdır.

Sizin bu obrazınıza parlaq bəzəklər və şirin çiçək qoxulu ətirlər uyğun gələcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!