Laklarınızı qurutmağın 5 asan yolu

Laklarınızı qurutmağın 5 asan yolu
Makiyaj, Manikür, Pedikür
10.09.2017 26
1. Saç qurudan fen.

Laklarınızı saç qurudan fenlə tez bir zamanda quruda
bilərsiniz. Ancaq burda diqqət etməli olduğunuz məqam fenin soyuq hava
verməsi və dırnaqlarınıza çox yaxınlaşdırmamağınızdır.



2. Buzlu Su.

Bir qabı buzlu su ilə doldurun, laklarınızı çəkdikdən
sonra əllərinizi bu suyun içinə salın. Bir dəqiqə saxladıqdan sonra
laklarınızın tamamilə quruduğunu görəcəksiniz.

Qeyd: Laklarınızı asanlıqla və tez təmizləmək üçün əllərinizi isti suyla doldurulmuş qaba salaraq buna nail ola bilərsiniz.



3. Əllərinizi buzxanada saxlamaq.

Soyuq lakın tez qurumağına təsir edir. Bu üsul bir az
dəlicə gələ bilər, amma lakınızı evdən çıxan vaxt çəkmisiniz və harasa
tələsirsinizsə, dırnaqlarınızı bir neçə saniyə buzxanada saxlamaqla tez
qurumasına nail ola bilərsiniz.



4. Nazik qatlar çəkmək.

İncə çəkilən lak daha tez quruyur. Buna görə də lakı
iki qalın qat yerinə üç nazik qat çəkin. Hər qatı çəkdikdən sonra bir
müddət gözləyin. Bu, sizə çox vaxt aparırmış kimi gələ bilər, ancaq belə
deyil. Üç nazik qat çəkilən lak iki qalın qat çəkilən lakdan daha tez
quruyur.



5. Spreylər.

Lak qurudan spreylər də işinizi asanlaşdıracaq
vasitələrdəndir. Bunu istənilən makiyaj vasitələri satılan mağazadan
tapa bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!