Qırıq dodaq boyası necə bərpa edilər?

Qırıq dodaq boyası necə bərpa edilər?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 21
Qırıq dodaq boyası necə düzəldilər? Budur sizə köməkçi olacaq həllər...



Bəzən
tələsikdən ya da diqqət etmədən dodaq boyamızı çox açıb qırılmasına
səbəb ola bilirik. Ya da dodaq boyasının  çox yumşalmasından yana
qırılma ola bilir. Uzun zamandır istifadə etdiyiniz və çox sevdiyiniz
rəngə sahib dodaq boyam qırıldı deyirsinizsə, verəcəyimiz sadə
təkliflərlə dodaq boyanızı yenidən istifadə edə bilərsiniz. Dodaq
boyanız  iki parçaya ayrıldısa kədərlənməyin. Fenləməklə öhdəsindən gələ
bilərsiniz.  

1.
Qabın içərisində qalan pomada parçasını fenlə (kibrit, çaxmaq, şam da
olar) ilə yüngülcə əridin. Yalnız üst qisimi yüngül əriməli unutmayın,
daha çox istilikdən qaçın.



Digər
pomada parçasını alıb bir-birinə yapışdırın. Birləşdirdiyiniz yeri
barmaqlarınızla yumşaldıb, düz bir şəkil verməlisiniz. Bütün bu
əməliyyatlar əsnasında əllərinizin təmiz olduğundan əmin olmalı, işə
əllərinizi yuyaraq başlamalısınız. Pomadanız düz bir şəkil aldıqdan
sonra sərtləşməsi üçün artıq soyuducuna qoya bilərsiniz.  

2.
Bir başqa üsul isə qırılan pomadanı bir başqa qutuda saxlamaqdır.
Kiçik, qapaqlı bir qabın içərisinə qırılan və digər pomada parçasını
qoyun. Hamar bir səth yaratmaq üçün pomadanızı fenlə bir az əridin.
Dodaq fırçası köməyi ilə pomadanızı istifadə etməyə davam edə
bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!