Dırnaq boyasının ixtirasından 100 il ötür

Dırnaq boyasının ixtirasından 100 il ötür
Makiyaj, Manikür, Pedikür
10.09.2017 26
Zərif əllərin bəzəyi olan dırnaq boyasının istifadəsindən nə az nə çox düz 100 il ötür.



1916-cı
ildə amerikalı kimyaçı və sahibkar Nortem Uorren tərəfindən hazırlanan
dırnaq boyası bu gün hər bir qadının gözəllik atributlarından biri
olaraq qalır.

İnanmaq
bir qədər çətin olsa da dırnaq boyaları ilə avtomobillərin oxşar
cəhətləri var. Belə ki, dırnaqlar üçün boya maşın boyaları əsasında
hazırlanıb. Amerikalı kimyaçı alim Nortem Uorren avtomobil boyasını yeni
tərzdə işlətməyi qərar alıb və onu mükəmməlləşdirərək, dırnaq boyasına
çevirib.

Nyu
- Yorkda manikür salonları ötən əsrin əvvəllərindən mövcud olsa da, bu
salonlarda dırnaqlar yalnız tutulur və xüsusi alətlərlə
hamarlaşdırılırdı. Bu səbəbdən 1916-cı ildə Uorrenin hazırladığı dırnaq
boyası əsl inqilab oldu. İlk dırnaq boyası zərif çəhrayı rəngdə olub. Və
bir neçə il boyanın tərkibində heç bir dəyişiklik edilməyib. 100 il
keçməsinə baxmayaraq, dırnaq boyaları indi də qadın gözəlliyinin əsas
atributlarından biri olaraq qalır. Müasir dövrdə manikür hətta incəsənət
növünə çevrilir. Dırnaqların üzərində əsl miniatürlər, peyzajlar,
portretlər cızılır. Yüz il əvvəl yalnız 3 rəngdə dırnaq boyası mövcud
idisə, hazırda rənglərin sayı 300-ü keçib. Onu da əlavə edək ki, hazirda
dünyanın ən bahalı dırnaq boyasının dəyəri 250 min dollardı. Onun
tərkibində qara brilyantın olduğu bildirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!