Mavi göz kölgəsi yenidən dəbə mindi

Mavi göz kölgəsi yenidən dəbə mindi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 19
Bu il dəbli və füsunkar görünmək istəyirsinizsə, uzun müddətdir ki, tabuya çevrilən mavi göz kölgələrinə müraciət etməlisiniz.

 

Bir çox
məşhur moda evinin dəfilələrində modellərə mavi göz kölgəsi ilə makiyaj
edildiyini görürük. Ancaq bildiyiniz kimi, mavi göz kölgəsindən
istifadə etmək cəsarət tələb edir. Doğru çalar seçilmədikdə, zövqsüz və
dəblə əlaqəsi olmayan bir görkəmə qovuşmaq riski artıq.

 

Buz mavisi

Parlaq
buz mavisi çaları ilə qış əhval-ruhiyyəsinə uyğun makiyaj əldə edə
bilərsiniz. Bu çalardan qarşıdan gələn bahar aylarında da faydalanmaq
mümkün olacaq. Elə buna görə də, buz mavisi çalarında göz kölgəsi
almaqdan çəkinməyin. Bu il "Karen Walker” dəfiləsində modellərin buz
mavisi gözləri heç kəsin nəzərindən yayınmadı. Belə makiyajı şaftalı çalarlarında olan dodaq boyası ilə tamamlamaq məsləhətdir.

 

Gümüş mavi

Bu
rənglə edilən makiyaj ofis stili və iclaslar üçün uyğundur. Boza çalan
mavi "Giorgio Armani” dəfiləsində baş rolda idi. Belə makiyajda
dodaqları və yanaqları xəfif şəkildə solğun çəhrayıya boyamaq
kifayətdir.

 

Turkuaz

"Phillip
Lim” dəfiləsində baxışların ən gözəl mavi çaları ilə çərçivələndiyini
gördük. Burada diqqət edilməli olan nüans mavi rəngi, sadəcə, gözlərin
buruna ən yaxın olan nöqtəsinə və gözün kənarlarına çəkməkdir.

 

Göy mavisi

"Honor”un
dəfiləsində gördüyümüz kimi göy mavisinə boyanmış gözlər heç də zövqsüz
təsir bağışlamır. Belə makiyajda dodaq və yanaqlara çəkməmək, saçlara
isə sadə forma vermək məsləhətdir.

 

Dəniz mavisi

Bu rəngi gözün buruna yaxın hissəsinə çəkin. Gözləri bu rəngə boyadıqda solğun çalarlarda dodaq boyası seçilməlidir.

Kobalt mavi

 

Sadə,
qara don geyinmisinizsə, makiyajda dəbdəbəyə üstünlük verə bilərsiniz.
Bu zaman "Atelier Versace Haute Couture” dəfiləsindən ilham almağınız
məsləhətdir. Çünki dəfilədə gözləri kobalt maviyə boyanan modellər
olduqca şıq görünürdülər.

 

Dumanlı mavi

Mavinin
bu çaları demək olar ki, bütün dəri rəngləri ilə uyğunlaşır. "Diane Von
Furstenberg” dəfiləsindəki makiyaj stili bir daha sübut etdi ki,
dumanlı mavi çaları ilə sirli, seksual baxışlara qovuşmaq olduqca
asandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!