Makiyaj vasitəsilə toppuş dodaqlara sahib olun

Makiyaj vasitəsilə toppuş dodaqlara sahib olun
Makiyaj, Manikür, Pedikür
10.09.2017 19
Makiyajın köməyi ilə nazik dodaqları vizual olaraq həcmli etmək olar.

Bunun
üçün dodaqlara tonal vasitə çəkdikdən sonra tozşəkilli pudra vurulur və
kontur karandaşla dodaqlar "doğma” səviyyəsindən 1-2 mm yuxarıda
çəkilir. Həcmli effekt almaq üçün kontur xətti tünd çəhrayı və ya solğun
qırmızı çalarlı olmalıdır (qəhvəyi, tünd zanbaq və ya tünd qırmızı
rənglər istifadə edilmir). Dodaq boyası sədəfli açıq çəhrayı, şaftalı,
ərik rəngli çalarlarında olmalıdır. Həcmli effekt alınması üçün "nəm” və
"brilyant” şəffaf dodaq parıltıdan da istifadə etmək olar.

Çox
həcmli dodaqlar üçün xüsusi maye korrektordan istifadə edirlər. Dodağın
təbii sərhədini "gizlətmək” üçün bu kosmetik vasitəni dodağın xarici
xətti üzrə çəkirlər.  Bundan sonra rəngi orta tündlükdə olan karandaşla
dodağın təbii sərhədindən 1-2 mm aşağı olmaqla xətt çəkirlər. Dodağın
enini azaltmaq üçün sədəfsiz tünd dodaq boyası seçmək olar (qəhvəyi,
şokolad rəngli, tünd qırmızı). Kosmetik parıltını isə yalnız dodağın
mərkəzinə vurmaq olar.

Çox
kiçik dodağı belə bir üsulla "böyüdürlər”. Əvvəlcə təbii dodaq xəttini
duru kosmetik korrektəedici vasitə ilə hamarlaşdırırlar. Sonra
dodaqların künclərini yuxarı istiqamətə apararaq kontur karandaşla 2-3
mm uzadırlar. Dodaq boyası çox tünd olmamalıdır. Yaxşı olardı ki, bej və
açıq çəhrayı rəngin çalarları seçilsin. 1-2 qat dodaq boyası üzərindən
parlaq sədəfli dodaq parıltısı çəkilir.

Çox
böyük ağız bəzən vulqar görünür. Dodağın "artıq” uzunluğunu "gizlətmək”
üçün kontur karandaşla  çəkilən xətt dodaq künclərindən 2-3 mm məsafədə
başa çatmalıdır. Dodaq boyasını neytral çalarda seçirlər - şaftalı
rəngi, açıq çəhrayı, bej-çəhrayı. Pomada vurulduqdan sonra kağız
salfetlə dodağı yüngülcə qurulayır, kosmetik parıltıdan isə istifadə
etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!