Dırnaqlara qulluq və dırnaq baxımı

Dırnaqlara qulluq və dırnaq baxımı
Makiyaj, Manikür, Pedikür
10.09.2017 30
Dırnaqlara Qulluq

Dırnaqlara qulluq önəmsiz kimi görünsə də əslində bir çox insanın ilk qiymət verdiyi əl baxımında olduqca vacibdir. Bu səbəblə gözəlliyinə düşkün qadınların əsla boş buraxmadığı işlərdən biridir dırnaq baxımı. Dırnaqları qidalandırmaq olduqca əhəmiyyətlidir. Qidalanmaya diqqət etmək, bol maye qəbul etmək kimi sağlamlıq trikləri  dırnaqlarda da müsbət təsir yaradır. Ancaq bir az daha qulluq təklifinə ehtiyacınız varsa bu yazı sizlər üçündür.



Hamar dırnaqlar

Dırnaqlarınızın hamar olmamasından şikayətlənirsinizsə arada bir dırnaqlarınızı üstdən pilkalaya bilərsiniz. Bunun üçün xüsusi dördlü pilkalar var və bu dördlü pilka dırnaq səthini hamarlaşdırır. Ancaq dırnaq səthini incəltdiyi üçün 3-4 həftə aralıqlarla etmənizdə fayda var.



Dırnaqların lay lay ayrılması

Əgər dırnaqlarınız lay lay ayrılırsa bu layları qoparmayın və ya kəsməyin. Bu dırnaqlarınıza tamamilə zərər verir. Bunun yerinə yuxarıda yazdığımız üsulla dırnaqlarınızı pilkalayın və nəmləndirici tətbiq edin.



Dırnaq lakları

Keyfiyyətsiz laklar istifadə etməkdən əl çəkin. Keyfiyyətsiz lakların içərisindəki kimyəvi maddələr dırnaq quruluşunu pozur. Dırnaq sağlamlığınız sizə çox yaxşı gəlmirsə dırnaq bəsləyici lakları istifadə edə bilərsiniz.



Əgər dırnaqlarınızın çox yumşaq olmasından şikayətlənirsinizsə dırnaq sərtləşdirici dırnaq qulluğu məhsullarından istifadə edə bilərsiniz. Bu tip məhsulları həftədə 3 gün, dırnaq ətlərinizə dəydirmədən tətbiq edin.



Əllərinizi bol bol nəmləndirin və bu nəmləndirmə seansları zamanı dırnaqlarınızı qətiyyən ötürməyin. Əllərinizə tətbiq etdiyiniz nəmləndiricini dırnaqlarınıza da masaj edərək yedirin.



Əgər tez-tez lak istifadə edirsinizsə arada bir dırnaqlarınızı havalandırmağı unutmayın. Dırnaqlarınızın əskiyi günəş işığı ola bilər, arada dırnaqlarınıza bu fürsəti verməyi unutmayın. Dırnaqlara qulluq zamanı ən önəmli şeylərdən birinin də gün işığı olduğunu unutmayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!