Kosmetik məhsulları necə saxlamaq lazımdır?

Kosmetik məhsulları necə saxlamaq lazımdır?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 9
Çox bəyənərək aldığınız kirpik üçün sürmə quruyur, kremlərin qoxuları
fərqliləşirsə, kosmetik məhsulları necə saxlamalı olduğunuzu bilmirsiniz
deməkdir. Ancaq  komandası sizlər üçün bunun yollarını axtarıb,
tapdıq.



Kremlərinizi soyuducuda saxlayın.

Kremlərinizin üstündə son istifadə müddəti qeyd olunur. Kremi ən uzun
saxlamaq müddəti 30 aydır. Ancaq qısa müddət ərzində həmin krem xarab
olursa, tək çarəsi kremlərinizi soyuducuda saxlamaqdır.



Kirpik üçün sürməni necə saxlamalısınız?

Qurumağa başlayan kirpik sürməsinin fırçasına bir iki damcı ilıq su
və ya gənəgərçək yağı damcılada bilərsiniz. Beləliklə, sürmənizin ömrünü
uzatmış olacaqsınız.



Dodaq boyanızı fırça ilə çəkin.

Dodaq boyanızı xüsusi fırça ilə çəksəniz həm daha gözəl çəkmiş
olarsınız, həm də dodaq boyanızı sona qədər istifadə edə bilərsiniz.



Dırnaq boyanızı sulandırın.

Quruyan dırnaq boyasının içinə bir neçə damcı dırnaq qoruyucu əlavə
edərək sulandıra bilərsiniz. Beləliklə, həm boyanız sulanacaq, həm də
parıldayacaqdır.



Qələmlərinizi soyuducuda saxlayın.

Göz və dodaq qələmləri ucları yonulduğu zaman qırılır və beləliklə,
tez qurtarırlar. Qələmlərin qırılmaması və yayılmaması üçün istifadə
etməzdən yarım saat əvvəl soyuducuda gözlədin. Bu zaman qələmin ucu
sərtləşəcək və daha rahat yonulacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!