Dodaq formanıza görə pomada çəkmək üsulları

Dodaq formanıza görə pomada çəkmək üsulları
Makiyaj, Manikür, Pedikür
10.09.2017 18
Hər bir dodaq formasına görə pomada çəkmək üsulu fərqlidir. Biz bu
yazımızda hər formaya uyğun pomada çəkməyin qaydalarını sizin üçün
yazmışıq. Bu qaydaları öyrənərək öz dodaq formanıza uyğun şəkildə pomada
çəkə və bununla da daha gözəl bir görünüş əldə edə bilərsiniz.



Qalın dodaqlara sahibsinizsə

Əgər dodaqlarınız qalındırsa, dodaq qələmi istifadə edərkən dodaq
cizginizin kənarına çıxmamağa diqqət göstərin. İstifadə etdiyiniz dodaq
qələmi və pomada eyni rəngdə olmalıdır. Mat və tünd rəngli pomadaları
rahatlıqla istifadə edə bilərsiniz. Mat görünüş əldə etmək
istəyirsinizsə, pomadanın üstünə azca pudra vura bilərsiniz.



İncə dodaqlara sahibsinizsə

İncə dodaqlara sahib olanlar dodaq qələmini dodaq çərçivəsinin
kənarından çəkməlidirlər. Beləliklə, həm dodaqlarınızı olduğundan daha
qalın göstərəcək, həm də çəkdiyiniz pomadanın rənginin daha diqqətə
çarpan şəkildə olmasına şərait yaradacaqsınız. Dodaq qələmi pomadanızdan
1 və ya 2 ton tünd rəngdə ola bilər. Pomadanızın daha diqqətə çarpan
şəkildə görünməsini istəyirsinizsə, pomadanı çəkməmişdən əvvəl
dodağınıza korrektor vura bilərsiniz. Açıq rəng pomadalar həmişə
dodaqları daha qalın göstərir.



Dodaqlarınız əyri formadadırsa

Dodaqlarınızın daha hamar bir görünüşdə olmasını istəyirsinizsə,
nəmləndirici krem istifadə etməyi unutmayın. Pomadanızı həmişə fırça ilə
çəkin. Əgər alt və üst dodağınız arasında fərq vardırsa, yəni biri incə
biri qalındırsa, iki fərqli tonda pomada seçə bilərsiniz. Qalın dodaq
üçün tünd rəng, incə dodaq üçün isə bir ton açıq rəng pomada çəkməyiniz
dodaqlarınızın simmetriyasını düzəldəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!